Dünya

Koronavirus statistikası: Gürcüstan 133, Ermənistan 491

4 Mart, 2021
82

CNN

Gürcüstanda COVID-19-dan ölənlərin sayı 3 553-ə yüksəlib.

Gürcüstanda son sutkada daha 133 nəfərdə koronavirus infeksiyası aşkarlanıb, 276 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə martın 4-də Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Beləliklə, qonşu ölkədə pandemiya dövründə COVID-19 diaqnozu qoyulanların sayı 271 872-yə, sağalanların sayı isə 266 081-ə çatıb.

Virusun səbəb olduğu ağırlaşmalardan vəfat edənlərin sayı 12 nəfər artaraq 3 553 olub.

Ermənistanda isə ötən sutkada daha 491 nəfər COVID-19-a yoluxub.

Məlumatı martın 4-də ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da virusa yoluxanların sayı 173 307-ya çatıb. Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 6 nəfər artaraq 3 208-yə yüksəlib.

COVID-19 diaqnozu qoyulmuş, ancaq başqa səbəbdən ölənlərin sayı isə 820 nəfərdir. İndiyədək 164 085 pasiyent infeksiyadan sağalıb.

Hazırda ölkədə 5 194 aktiv koronavirus xəstəsi var.

Dünya

ABŞ İrana qarşı tətbiq olunan sanksiyaları ləğv etməyəcək

10 Aprel 2021

Panda Security

ABŞ 2017-ci ildə İrana qarşı tətbiq etdiyi sanksiyaları ləğv etməyəcək. CNN-nin məlumatına görə, bunu aprelin 10-da Dövlət Departamentinin rəsmisi deyib. O bildirib ki, İranın bütün sanksiyaların ləğv olunmasına dair tələbi qəbulolunmazdır: "Əgər İran 2017-ci ildə qəbul edilən sanksiyaların ləğv olunmasını tələb edib, əks təqdirdə sazişin əldə olunmayacağı ilə bağlı mövqeyində israr edəcəksə, o zaman danışıqlar dalana dirənəcək". İran ABŞ-ın tələb etdiyi nüvə sazişinin yenidən bərpa olunması üçün bütün sanksiyaların ləğvini tələb edir. 
Dünya

Gürcüstan prezidenti müxalifəti anlayışlı olmağa çağırdı

10 Aprel 2021

Agenda.ge

Salome Zurabişvili bütün siyasi partiyaları ölkənin ərazi bütövlüyünün həlli, pandemiya ilə mübarizə və siyasi gərginliyin azaldılması üçün həmrəyliyə çağırıb. "Sputnik Gürcüstan"ın aprelin 10-da verdiyi xəbərə görə, bu barədə Zurabişvili parlamentdəki çıxışı zamanı danışıb.  “Bu gün böyük çətinliklərlə üzləşən ölkə öz tarixi təcrübəsinə söykənməli və həmrəyliyə nail olmalıdır”, - prezident seçkilərin nəticələrinə etiraz olaraq parlamentdəki yerlərdindən imtina edən siyasi partiyalara müraciət edərkən deyib. O, partiya təmsilçilərini ölkənin siyasi həyatında fəal rol oynamağa və müxalifəti  ölkənin maraqlarına daha çox anlayış göstərməyə çağırıb.  Zurabişvilinin sözlərinə görə, Abxaziya və Cənubi Osetiyanın işğalına son verilməsi, Gürcüstanın NATO və Avropa İttifaqına inteqrasiyası prioritet məsələlər olmalıdır.  “Əgər...
Seçilmiş Videolar