Dünya

Koronavirus statistikası: Gürcüstan 147, Emənistan 337

8 Mart, 2021
83

BBC

Gürcüstanda son sutkada koronavirusa 147 yeni yoluxma halı qeydə alınıb, 193 nəfər isə müalicə olunaraq sağalıb.

Bu barədə matın 8-də Gürcüstan hökumətinin pandemiya ilə bağlı xüsusi rəsmi saytında məlumat verilib. 

Məlumata görə, ölkədə indiyədək COVID-19-a yoluxanların sayı 272 998-ə, sağalanların sayı isə 266 886-ya çatıb.

Son 24 saat ərzində virusun yaratdığı ağırlaşmalar səbəbindən vəfat edənlərin sayı 15 nəfər artaraq 3 591-ə yüksəlib.

Ermənistanda isə ötən sutka ərzində daha 337 nəfər COVID-19-a yoluxub, 4 nəfər ölüb.

Bu barədə martın 8-də "Sputnik Ermənistan" məlumat yayıb. 

Məlumata görə, beləcə ölkədə indiyədək yoluxanların sayı 175 016 nəfərə çatıb. Koronavirusdan ölənlərin sayı isə 3225 nəfərdir.

Dünya

ABŞ İrana qarşı tətbiq olunan sanksiyaları ləğv etməyəcək

10 Aprel 2021

Panda Security

ABŞ 2017-ci ildə İrana qarşı tətbiq etdiyi sanksiyaları ləğv etməyəcək. CNN-nin məlumatına görə, bunu aprelin 10-da Dövlət Departamentinin rəsmisi deyib. O bildirib ki, İranın bütün sanksiyaların ləğv olunmasına dair tələbi qəbulolunmazdır: "Əgər İran 2017-ci ildə qəbul edilən sanksiyaların ləğv olunmasını tələb edib, əks təqdirdə sazişin əldə olunmayacağı ilə bağlı mövqeyində israr edəcəksə, o zaman danışıqlar dalana dirənəcək". İran ABŞ-ın tələb etdiyi nüvə sazişinin yenidən bərpa olunması üçün bütün sanksiyaların ləğvini tələb edir. 
Dünya

Gürcüstan prezidenti müxalifəti anlayışlı olmağa çağırdı

10 Aprel 2021

Agenda.ge

Salome Zurabişvili bütün siyasi partiyaları ölkənin ərazi bütövlüyünün həlli, pandemiya ilə mübarizə və siyasi gərginliyin azaldılması üçün həmrəyliyə çağırıb. "Sputnik Gürcüstan"ın aprelin 10-da verdiyi xəbərə görə, bu barədə Zurabişvili parlamentdəki çıxışı zamanı danışıb.  “Bu gün böyük çətinliklərlə üzləşən ölkə öz tarixi təcrübəsinə söykənməli və həmrəyliyə nail olmalıdır”, - prezident seçkilərin nəticələrinə etiraz olaraq parlamentdəki yerlərdindən imtina edən siyasi partiyalara müraciət edərkən deyib. O, partiya təmsilçilərini ölkənin siyasi həyatında fəal rol oynamağa və müxalifəti  ölkənin maraqlarına daha çox anlayış göstərməyə çağırıb.  Zurabişvilinin sözlərinə görə, Abxaziya və Cənubi Osetiyanın işğalına son verilməsi, Gürcüstanın NATO və Avropa İttifaqına inteqrasiyası prioritet məsələlər olmalıdır.  “Əgər...
Seçilmiş Videolar