Dünya

Koronavirus statistikası: Gürcüstan və Ermənistan

26 Yanvar, 2021
50

BBC

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa 1006 yoluxma halı qeydə alınıb.

Yanvarın 26-da Gürcüstan hökumətinin xüsusi internet saytında verilən məlumata görə, 25 nəfər ölüb.

Beləcə ölkədə koronavirusa yoluxanların sayı 254 822, ölənlərin sayı isə 3 096 nəfərə çatıb.

Ermənistanda isə son sutkada 138 nəfərin virusa yoluxduğu qeydə alınıb.

Bu barədə yanvarın 26-da Ermənistan Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Beləcə ölkədə virusa yoluxanların sayı 166 232-yə çatıb.Ölənlərin sayı daha 5 nəfər artaraq 3 052-yə yüksəlib.

Bildirilir ki, hazırda ölkədə 7 018 aktiv koronavirus xəstəsi var.

Dünya

Gürcü hökuməti paytaxt restoranlarına maliyyə yardımı ayırır
 

5 Mart 2021

TripAdvisor

Tbilisi restoranları hökumət tərəfindən vəd edilən subsidiyaları alacaqlar "Sputnik Gürcüstan"ın martın 5-də verdiyi xəbərə görə, pandemiyanın vurduğu ziyana kompensasiya olaraq hər bir restoran 5 min lari (2560 manat) həcmində dövlət subsidiyası alacaq.  Bu barədə Nazirlər Kabinetinin iclası zamanı baş nazir İrakli Qaribaşvili açıqlama verib. O, bildirib ki, hökumət kiçik və orta restoran biznesinin maliyyələşdirilməsi haqqında təşəbbüsü dəstəkləmək niyyətindədir.  Yardımın hansı meyarlar əsasında paylanılacağı bir neçə gün sonra bildiriləcək. Qeyd olunub ki, bu meyarlar əsasən restoranın dövriyyəsi və yerlərin sayı ilə bağlı olacaq. Bir hüquqi şəxsin birdən artıq restoranı idarə etdiyi hallarda subsidiya 10 min lari (3000$) təşkil edəcək.  Layihə çərçivəsində...
Dünya

Belarus Litvadan Tixanovskayanın təhvil verilməsini tələb edir

5 Mart 2021

NRC

Belarus Baş Prokurorluğu Litvaya göndərdiyi müraciətdə Svetlana Tixanovskayanın cinayət məsuliyyətinə cəlb olunması üçün təhvil verilməsini tələb edib.  "RİA Novosti"nin martın 5-də verdiyi xəbərə görə, keçmiş prezidentliyə namizəd ictimai asayişin pozulmasında və dövlət əleyhinə cinayətlərdə ittiham olunur. Belarus İntintaq Komitəsi martın 2-də bildirmişdi ki, Tixanovskayanın ekstradisiyasına başlamaq niyyətindədir və müvafiq sənədlər artıq respublikanın Baş prokurorluğuna göndərilib.  Litva XİN isə öz növbəsində bildirib ki, ölkə siyasi təqibə məruz qalan şəxsləri təhvil vermir. Belarusda 2020-ci ilin avqustun 9-da keçirilən prezident seçkilərində rəsmi nəticələrə görə 80,1% səs toplayan Aleksandr Lukaşenko qalib elan olunub. Lukaşenko əleyhdarları isə seçkilərdə Tixanovskayanın qalib gəldiyini hesab edir. Müxalifət yeni...
Seçilmiş Videolar