DW
Gürcüstanda son sutkada daha 355 nəfərin koronavirusa yoluxub.
Bu barədə martın 6-da Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.
Məlumata görə, 91 nəfər sağalaraq evə buraxılıb, 4 pasiyent vəfat edib.
Bu günə kimi Gürcüstanda COVID-19-a 272 617 yoluxma halı təsdiqlənib. Onlardan 266 344-ü sağalıb, 3 567-si isə ölüb.
Son 24 saat ərzində yeni yoluxma faktlarının müəyyən edilməsi üçün 19 737 test aparılıb.
Ermənistanda isə son sutkada 508 nəfər COVID-19-a yoluxub.
Bu barədə məlumatı martın 6-da ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.
Məlumatda bildirilir ki, son 24 saat ərzində daha 4 nəfər virusdan vəfat edib.
Son statistikaya görə, Ermənistanda virusa yoluxanların ümumi sayı 174 257 nəfər, ölənlərin sayı isə 3 219 nəfərdir. Martın 6-na kimi 164 654 pasiyent infeksiyadan sağalıb.
COVID-19 diaqnozu qoyulmuş, ancaq başqa səbəbdən ölənlərin sayı isə 824 nəfərdir.
Hazırda ölkədə 5 560 aktiv koronavirus xəstəsi var.
Panda Security
Agenda.ge
İlkin versiyaya görə, Nihad Əliyev özü özünü vurub
Jurnalistin həyat yoldaşı: “Məni intim görüntülərimi yaymaqla şantaj edirlər”
Aygün Əliyeva AZƏRTAC-dan niyə çıxarılıb?
Ermənistanın Baş qərargah rəisi Aprel döyüşləri və “İsgəndər” raketi barədə
ABŞ-ın Dövlət katibindən Şəhla Hümbətova ilə bağlı çağırış