Dünya

Koronavirus statistikası: Gürcüstan və Ermənistan

17 May, 2021
117

Sosial Media

Gürcüstanda ötən sutkada daha 504 nəfərdə koronavirus infeksiyası aşkarlanıb, 27 pasiyent ölüb.

Hökumətin pandemiya ilə bağlı xüsusi rəsmi saytının mayın 17-də verdiyi xəbərə görə, indiyədək ölkədə COVID-19-a 330 879 nəfər yoluxub, onların 4 469-u vəfat edib.

Son 24 saat ərzində xəstəlikdən 2 038, ümumilikdə isə 310 859 nəfər müalicə olunaraq sağalıb.

Ermənistanda isə son sutka ərzində COVID-19 infeksiyasına 67 yoluxma halı qeydə alınıb.

“Sputnik Ermənistan”ın mayın 17-də verdiyi xəbərə görə, ölkədə indiyə qədər koronavirusa yoluxanların ümumi sayı 220 927 nəfərə çatıb.

Son sutka ərzində 10 nəfər koronavirusdan ölüb və bununla da ölkədə indiyədək infeksiyaya yoluxaraq ölənlərin ümumi sayı 4333 nəfərə çatıb.

Dünya

Baş Prokurorluq 4 namizədin həbsi üçün vəsatət verib

20 İyun 2021

Ria.ru

Gorusun seçki məntəqələrində əsgərlərə səsvermə ilə bağlı təlimat verilir. Bu haqda “News.am”-a şəhərin meri Aruş Aruşanyan deyib. “Çox sayda qanun pozuntusu var. Bizim yerlərdəki etibarlı şəxslərimiz güclüdürlər. Kimsə qanun pozuntusuna yol vermir, yerindəcə onları qeqdiyyata alır və buna imkan vermirlər”, - Aruşanyan deyib. Ermənistanda hərbi qullquçuların kütləvi şəkildə məcburi səs verməyə aparılması haqda sosial mediada da məlumatlar və bəzi görüntülər yayılıb. Ermənistan Müdafiə Nazirliyi mətbuatda və sosial şəbəkələrdə hərbi heyətin zorla səs verməsi barədə yayılan məlumatları təkzib edir. Nazirlik hərbçilərin seçki məntəqələrinə qrup halında aparılmasını daşınma prosesinin koordinasiyalı həyata keçirilməsi ilə izah edib. “Yayılan görüntülərdə seçki məntəqələrindəki hərbi qulluqçular çəkilib...
Dünya

Baş Prokurorluq 4 namizədin həbsi üçün vəsatət verib

20 İyun 2021

Açıq mənbələrdən götürülüb

Ermənistan Baş Prokurorluğu Mərkəzi Seçki Komissiyasına 4 namizədin haqqında həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatət göndərib. MSK-nın hüquq şöbəsinin müdiri Liliya Akopyan “Azadlıq” radiosunun erməni xidmətinə deyib ki, komissiya iki namizədlə bağlı razılığını verib. Bunlar “Şərəf duyaram” blokunun namizədi Ruben Xlgatyan və “Çiçəklənən Ermənistan” partiyasının namizədi Aramais Aproyandır. MSK təmsilçisinin sözlərinə görə, daha iki namizəd üçün vəsatətlər müzakirə olunmayıb, qanun üç günlük bir müddət təyin edib. Həmin vəsatətlərin seçkidən bir gün öncə - iyunun 19-da daxil olduğu bildirilir. Seçki günü təşviqatın Seçki Məcəlləsi ilə də qadağan olunduğunu əsas gətirən Liliya Akopyan Akopyan Baş Prokurorluğun hansı namizədlərin həbsi ilə bağlı müraciət...
Seçilmiş Videolar