Dünya

Koronavirus statistikası: Gürcüstan və Ermənistan

4 May, 2021
95

Sosial Media

Gürcüstanda son sutkada daha 788 nəfərdə koronavirus infeksiyası aşkarlanıb, 1 206 nəfər müalicə olunaraq sağalıb.

Hökumətin pandemiya ilə bağlı xüsusi rəsmi saytında verilən məlumata görə, indiyədək ölkədə COVID-19-a yoluxanların sayı 313 742-yə, sağalanların sayı isə 295 458-ə yüksəlib.

Ötən 24 saat ərzində xəstəlikdən 20, ümumilikdə isə 4 183 nəfər vəfat edib.

Ermənistanda isə son sutkada koronavirusa 399 yoluxma faktı qeydə alınıb.

"Sputnik Ermənistan"ın mayın 4-də verdiyi məlumata görə, bununla ölkədə virusa yoluxanların sayı 217 407-ə çatıb. 

Bildirilib ki, ölkədə son sutkada daha 16 nəfər COVID-19-dan ölüb. Bununla da koronavirusdan ölənlərin ümumi sayı 4 165 nəfərə yüksəlib. Hazırda 11 106 aktiv koronavirus xəstəsinin müalicəsi davam etdirilir.

Dünya

BMT Təhlükəsizlik Şurası Qüds məsələsində razılığa gələ bilmir

17 May 2021

Sosial Media

BMT Təhlükəsizlik Şurası İsrail və Fələstin arasında münaqişənin kəskinləşməsi barədə bəyanatını üçüncü dəfə razılaşdıra bilməyib.  Bu barədə mayın 17-də “The Times of Israel” diplomatik mənbələrinə istinadən xəbər verib. Bildirilir ki, Təhlükəsizlik Şurasına üzv ölkələrin vahid nəticəyə gəlməməsinə səbəb ABŞ-ın mövqeyi olub. Diplomatların sözlərinə görə, Birləşmiş Ştatların təmsilçiləri özlərinin “diplomatik səyləri üçün bir qədər vaxt” istəyiblər.  Məlumata görə, məsələ ətrafında danışıqlar hələ davam edir. Fələstinə bağlı təşkilatlar mayın 10-dan başlayaraq İsraili güclü raket atəşinə tuturlar. İsrail ordusu buna cavab olaraq ehtiyatda olan beş min hərbçisini səfərbər edib və “Divar keşikçiləri” adlı əməliyyat keçirib.  Mayın 16-na olan məlumata görə, Fələstin-İsrail münaqişəsi qızışandan...
Dünya

Gürcüstan daxili işlər naziri böhranı həll etmək üçün Dmanisiyə yollandı

17 May 2021

Sputnik

Gürcüstan daxili işlər naziri Vaxtanq Qomelauri azərbaycanlılarla svanlar arasında qarşıdurmanın baş verdiyi Dmanisi şəhərinə gəlib. Bu barədə mayın 18-də "Sputnik Gürcüstan" məlumat verib.  Məsələ ilə əlaqədar açıqlama verən Qomelauri bildirib ki, vəziyyət gözlənilmədən nəzarətdən çıxıb, ona görə də polisin səyləri nəticə verməyib.  "İnsanlar çox tez toplandılar və qısa zamanda xaotik vəziyyət yarandı. Bölgəyə əlavə qüvvələr cəlb edilmişdi, amma bu da kifayət etmədi. Təəssüf ki, bu qədər böyük kütlə idarə oluna bilmədi və Dmanisiyə əlavə qüvvələr göndərildi. Ona görə də insanları və bu qarşıdurmanı vaxtında dayandırmaq mümkün olmadı. Etnik azərbaycanlılar bizim vətəndaşlarımızdır, Azərbaycan strateji tərəfdaşımız, qonşumuz, müttəfiqimiz, dostumuzdur. Bunun etnik bir...
Seçilmiş Videolar