Dünya

Koronavirus statistikası: Gürcüstan və Ermənistan

22 Fevral, 2021
42

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa 147 yoluxma halı qeydə alınıb, 12 nəfər ölüb, 607 nəfər müalicə olunaraq sağalıb. 

Bu barədə fevralın 22-də Gürcüstan hökumətinin xüsusi internet saytında məlumat verilib. 

Hazırkı dövrədək qonşu ölkədə COVID-19-a 268 502 nəfər yoluxub, onların da 262 244-ü sağalıb.

Ermənistanda isə daha 104 nəfərdə koronavirus aşkarlanıb.

Məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 170 506 olub.

Ölkədə pandemiyadan ölənlərin sayı daha 3 nəfər artaraq 3 167-yə yüksəlib, 161 098 pasiyent isə infeksiyadan sağalıb.

Hazırda ölkədə 4 438 aktiv koronavirus xəstəsi var.
 

Dünya

Rusiya Qərbə səsləndi: "Odla oynamamağa çağırırıq"

 

3 Mart 2021

Sosial media

ABŞ və Avropa Birliyi müxalif lider Aleksey Navalnının zəhərlənməsi və həbs edilməsinə görə Rusiyaya qarşı birgə sanksiyalar tətbiq edib.  "Currentime.tv"-nin martın 3-də verdiyi məlumata görə, ABŞ sanksiyaları Rusiya Cəzaların İcrası Federal Xidmətinin rəhbəri Aleksandr Kalaşnikova, prezident administrasiyasının daxili siyasət idarəsinin rəisi Andrey Yarinə, baş prokuror İqor Krasnova, Federal Təhlükəsizlik Bürosunun direktoru Aleksandr Bortnikova, müdafiə nazirinin müavinləri Aleksey Krivoruçko və Pavel Popova, həmçinin prezident administrasiyası başçısının birinci müavini Sergey Kiriyenkoya tətbiq edib. Bildirilir ki, Qərbin sanksiyalarına həmçinin Rusiya ilə əlaqədar olan şirkətlər və elmi-tədqiqat institutları da məruz qalıb. Bunlara "Ximmed", "Femteko", "İnterlab", "Labinvest", "Analitik prodakts", "İnteks avadanlıqları", "Rau farm", "Regionsnab" və...
Dünya

Yunanıstanda güclü zəlzələ baş verib

3 Mart 2021

sosial media

Yunanıstanda 6,2 bal gücündə zəlzələ baş verib. Bu barədə martın 3-də "Anadolu" agentliyi məlumat verib. Məlumata görə, saat 13:16-da baş verən zəlzələnin episentri Yunanıstanın Saloniki şəhərindən 120 km cənub-şərqdə, Elasson şəhəri yaxınlığında qeydə alınıb. Məsələ ilə əlaqədar açıqlama verən Elasson şəhərinin meri Nikas Qatas deyib ki, ilkin məlumata görə, itki yoxdur. Hazırda dəyən ziyanın araşdırıldığı bildirilir.
Seçilmiş Videolar