BBC
Gürcüstanda ötən sutkada daha 258 nəfərə koronavirus diaqnozu qoyulub, 10 pasiyent vəfat edib.
Bu barədə fevralın 21-də Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.
Bununla da qonşu ölkədə COVID-19-a yoluxanların sayı 268 355-ə, ölənlərin sayı isə 3 435-ə çatıb.
Son 24 saat ərzində 571 nəfər sağalaraq evə buraxılıb. Xəstəlikdən sağalanların ümumi sayı 261 637-yə yüksəlib.
Ermənistanda isə son sutkada daha 168 nəfər COVID-19-a yoluxub.
Məlumatı fevralın 21-də ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.
Bununla da Ermənistanda virusa yoluxanların sayı 170 402-yə çatıb.
Bildirilir ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 5 nəfər artaraq 3 164-ə yüksəlib.
COVID-19 diaqnozu qoyulmuş, ancaq başqa səbəbdən ölənlərin sayı isə 801 nəfərdir. İndiyədək 161 994 pasiyent infeksiyadan sağalıb.
Hazırda ölkədə 4 443 aktiv koronavirus xəstəsi var.
JAM News
KHN
7 uşaqlı ana: “Demirik ki, bizə ət alsınlar. Deyirik ki, hər ay bir yeşik ərzaq versinlər”
İddia: “Polis kapitanı mənə dedi ki, bu dəqiqə paqonumuzu cırıb başına oyun açacağıq”
Könül Şamilqızı: “Zelenski arı yuvasına çubuq uzadıb”
"Paşinyan hakimiyyəti devrilsə, sərhədlərin açılması Türkiyənin də, Azərbaycanın da ziyanına işləyəcək”
İsa Qəmbər: “Xalq bu cür önəmli məlumatı erməni və rus mətbuatından öyrənməli deyil”