EURACTIV
Gürcüstanda ötən sutkada daha 493 nəfərdə koronavirus infeksiyası qeydə alınıb, 10 pasiyent vəfat edib.
Bu barədə fevralın 23-də Gürcüstan hökumətinin pandemiya ilə bağlı xüsusi rəsmi saytında məlumat verilib.
Məlumata görə, ölkədə indiyədək təsdiqlənən COVID-19-a yoluxma hallarının sayı 268 995-ə, ölənlərin sayı isə 3 457-yə çatıb.
Son sutka ərzində xəstəlikdən sağalanların sayı 552 nəfər artaraq 262 796 olub.
Ermənistanda isə son sutkada daha 166 nəfər COVID-19-a yoluxub.
Məlumatı fevralın 23-də ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.
Beləcə, Ermənistanda virusa yoluxanların sayı 170 672-yə çatıb.
Ölkədə pandemiyadan ölənlərin sayı daha 4 nəfər artaraq 3 171-ə yüksəlib.
COVID-19 diaqnozu qoyulmuş, ancaq başqa səbəbdən ölənlərin sayı isə 803 nəfərdir. İndiyədək 162 329 pasiyent infeksiyadan sağalıb.
Ermənistan MN
Lenta.ru
7 uşaqlı ana: “Demirik ki, bizə ət alsınlar. Deyirik ki, hər ay bir yeşik ərzaq versinlər”
"Paşinyan hakimiyyəti devrilsə, sərhədlərin açılması Türkiyənin də, Azərbaycanın da ziyanına işləyəcək”
İsa Qəmbər: “Xalq bu cür önəmli məlumatı erməni və rus mətbuatından öyrənməli deyil”
Qubad İbadoğlu: “SOCAR özü ilə bərabər dövləti də batıracaq”
Məhbus anası: “DTX-nın dörd divarı arasında bu ülgüclər, bıçaqlar hardan onların əlinə keçdi?”