Dünya

Koronavirus statistikası: Gürcüstan və Ermənistan

1 Avqust, 2021
92

APA

Gürcüstanda son sutkada koronavirusa 2 654 yeni yoluxma faktı qeydə alınıb, 1 319 nəfər müalicə olunaraq sağalıb, 33 nəfər vəfat edib.

Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib ki, hazırkı dövrədək ölkədə “COVID-19”-a 422 188 nəfərin yoluxduğu müəyyən edilib.

Onların 384 712-si sağalıb, 5 853-ü vəfatb edib.

Bu günə olan aktiv xəstə sayı 31 597 nəfər təşkil edir.

Ermənistanda son sutka ərzində 229 yoluxma qeydə alınıb.

Ölkədə indiyə qədər koronavirusa yoluxanların ümumi sayı 230 339-a çatıb.

Son 24 saat ərzində 5 ölüm faktı qeydə alınıb. Bununla da Ermənistanda koronavirusdan ölənlərin ümumi sayı 4619-a çatıb.

Dünya

ABŞ, Avstraliya, Yaponiya və Hindistan yeni ittifaq yaradıb

25 Sentyabr 2021

Rəsmi səhifə

ABŞ, Avstraliya, Yaponiya və Hindistan “Dördlük” (“Quad”) yaradılması barədə razılıq əldə edib. “Report” “Haberturk”ə istinadən xəbər verir ki, bu barədə Avstraliyanın Baş naziri Skot Morrison bildirib. Onun sözlərinə görə, ABŞ Prezidenti Cozef Bayden, Hindistanın Baş naziri Narendra Modi, Yaponiyanın Baş naziri Suğa Yosihide və özü arasında Hind-Sakit okeanı bölgəsində “Çini sabitləşdirmək üçün” “Dördlük” (“Quad”) adlı formatı qəbul edənlərin Vaşinqtonda ilk görüşü keçirilib: “Dördlük” Çin, yaxud hər hansı bir ölkə üçün ortaqlıqdır. Bu, Hind-Sakit okean regionundakı xalqların rifahını yüksəltmək üçün müsbət təşəbbüsdür”. Ağ Evin Şərq Otağında bir araya gələn 4 lider koronavirusa qarşı mübarizə, yeni texnologiyalar, regional infrastruktur, təmiz enerji, iqlim dəyişikliyi, habelə regional...
Dünya

Tramp seçici bəyənməsinə görə Baydeni üstələyib

24 Sentyabr 2021

Açıq mənbələrdən götürülüb

ABŞ-ın keçmiş Prezidenti Donald Tramp sentyabrın nəticələrinə əsasən indiki Prezident Co Baydeni seçicilərin bəyənməsində qabaqlayır.  Bu barədə "The Hill" nəşri Harvard Mərkəzinin sorğu nəticələrinə istinadən xəbər verir. Sorğu nəticələrinə görə, Birləşmiş Ştatların keçmiş prezidentini seçicilərin 48 faizi, indikini isə 46 faizi dəstəkləyir. Respondentlərin 51 faizi Trampın Baydendən yaxşı prezident olduğunu düşünürlər.  "The Hill" qeyd edir ki, indiki prezidentin reytinqi koronavirus yoluxmalarının artması və Amerika qoşunlarının Əfqanıstandan çıxarılması fonunda azalır. İyulda Baydenin reytinqi 52% təşkil edirdi, bu da bir ay əvvəl ilə müqayisədə 10% az idi. Əfqanıstanda “Taliban”ın hakimiyyətə gəlməsi ilə Baydenin reytinqi 46 faizə düşüb.  Avqustun 13-də keçirilən analoji sorğuda...
Seçilmiş Videolar