Dünya

Kreml Çini dəstəklədi, ABŞ-ı günahlandırdı   

Aytac Məmmədli
4 Avqust, 2022
155

Flickr

ABŞ Nümayəndələr Palatasının spikeri ensi Pelosinin Tayvana səfəri Çin və Tayvan arasındakı gərginliyi daha da artırıb.  
 
Çin ABŞ rəsmisinin səfərinə cavab olaraq, raket atış təlimlərinə başlayıb. Rəsmi Pekin təlimlərin bazar gününə kimi davam edəcəyini bildirib. 
 
Bu gün - avqustun 4-də Çin Tayvanın şimal-şərq və cənub-qərbindəki sulara çoxsaylı ballistik raketlər atıb.  
 
"The Guardian" yazır ki, bunu Tayvan Xarici İşlər Nazirliyi bəyanatında deyib.  

https://toplum.tv/dunya/cin-tayvana-qarsi-mehdudiyyetler-tetbiq-etmeye-baslayib
 
Nazirliyin məlumatına görə, Çinin bu addımı Tayvanın milli təhlükəsizliyini təhdid edib və regional gərginliyi artırıb.  
 
Rusiya isə öz növbəsində Çinin hərbi təlimlər keçirmək hüququnu dəstəklədiyini bildirib.  
 
Kremlin sözçüsü Çinin Tayvan ətrafında iri hərbi təlimlər keçirmək üçün suveren hüququnun olduğunu bildirib. Kreml rəsmisinin sözlərinə görə, ABŞ bölgədəki gərginliyi süni şəkildə artırır.  
 
"Regionda və Tayvan ətrafında gərginliyə Nensi Pelosinin səfəri səbəb olub. Bu, tamamilə lazımsız bir səfər və lazımsız təxribat idi", - deyə Dmitri Peskov konfrans zamanı jurnalistlərə bildirib.

Dünya

Qərb Ukraynaya daha 1,5 milyard avroluq hərbi yardım göstərəcək

12 Avqust 2022

Açıq mənbələrdən götürülüb

Qərb ölkələri Rusiyanın təcavüzünü dəf etmək üçün Ukraynanın hərbi ehtiyacları üçün bir milyard yarım avrodan çox vəsait ayırmağa söz verib.  "Radio Svoboda" xəbər verir ki, bu barədə avqustun 12-də Kopenhagendə 26 ölkənin müdafiə nazirlərinin konfransında bildirilib. Bu vəsaitdən silah, raket və sursatların tədarükü, Ukrayna üçün silah istehsalının artırılması, ukraynalı əsgərlərin təlimi və Ukraynanın müharibə gedən ərazilərində minaların təmizlənməsi üçün istifadə olunacaq. https://toplum.tv/dunya/ukrayna-krimi-vurdu-rusiyanin-reaksiyasi-nece-olacaq Ukrayna Prezidenti Vladimir Zelenski videobağlantı vasitəsilə Qərb müttəfiqlərindən daha çox maliyyə vəsaiti və silah-sursat istəyib. "Rusiyanı nə qədər tez dayandırsaq, özümüzü bir o qədər tez təhlükəsiz hiss edəcəyik. Müdafiəmiz üçün silah-sursat lazımdır", - deyə Zelenski bildirib. Ukraynanın müdafiə...
Dünya

Türkiyə Krım tatarlarına uzunmüddətli yaşayış icazəsi verməyə başlayıb

12 Avqust 2022

Açıq mənbələrdən götürülüb

Türkiyə Krım tatarlarına uzunmüddətli yaşayış icazəsi verməyə başlayıb. "Anadolu" agentliyi xəbər verib ki, bu barədə ölkənin daxili işlər naziri Süleyman Soylu göstəriş verib.   https://toplum.tv/dunya/ruslar-kutlevi-sekilde-turkiyeden-ev-alir “Avqustun əvvəlindən Türkiyənin Daxili İşlər Nazirliyinin Miqrasiya Xidməti Krım tatarlarına “türk mənşəli həmvətən” statusu əsasında  uzunmüddətli yaşayış icazəsi verməyə başlayıb. Əvvəllər Ahıska türkləri, uyğurlar, Bolqarıstan və Yunanıstandan olan etnik türklər bu statusdan yararlanıblar", - deyə o bildirib.  Qeyd olunub ki, Krım tatarlarına yaşayış icazəsi 2022-ci ilin iyununda daxili işlər naziri Süleyman Soylunun adından verilməyə başlanıb. 

Seçilmiş Videolar

Toplum TV loqo