Xinhua
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Finlandiyanın yaxın gələcəkdə NATO-ya daxil olmaq planlarını şərh edərkən deyib ki, Moskva bunun nəticələri barədə düşünüb.
“Ria Novosti”nin xəbərinə görə, Peskov bildirib ki, Finlandiyanın NATO-ya daxil olmaq planları şübhəsiz ki, Rusiyanın təhlükəsizliyini təhdid edir:
“Biz həmişə müxtəlif variantları nəzərdən keçirmiş və təhlil etmişik. Dəfələrlə demişik ki, NATO-nun böyüməsi dünyanı və Avropa qitəsini daha sabit və təhlükəsiz yerə çevirmir”.
Peskov bildirib ki, Finlandiyanın NATO-ya daxil olması alyansın hərbi infrastrukturunun Rusiya sərhədlərinə qədər irəliləmə dərəcəsindən asılı olacaq.
Mayın 12-də Finlandiya prezidenti Sauli Niiniste və baş nazir Sanna Marin ölkənin NATO-ya üzv olmaq ərizəsini dəstəkləyiblər. Baş nazir və Prezidentin fikrincə, Finlandiya NATO-ya daxil olarsa, müdafiə qabiliyyətini artıracaq və alyansı gücləndirəcək.
NATO-nun baş katibi Yens Stoltenberq də öz növbəsində qeyd edib ki, Finlandiyanın NATO-ya üzv olmaq qərarına isti yanaşır. “Əgər Finlandiya müraciət etmək qərarına gəlsə, onun NATO-ya üzvlük prosesi hamar və sürətli olacaq”, - deyə “Reuters” onun sözlərindən sitat gətirib.
Stoltenberq vurğulayıb ki, Finlandiya NATO-nun ən yaxın tərəfdaşlarından biridir və Avro-Atlantik təhlükəsizliyin təmin olunmasına mühüm töhfə verir.
Reuters
EPA/EFE
Putinlə Paşiyan görüşünün pərdə arxası – Rusiya nə istəyir?
Bakı gecələrində çörək pulu qazananlar - “Günə 8-10 manat da olsa, min şükür”
Vaginizmdən əziyyət çəkən qadın: “Elə bilirdim ağrıya dayana bilməyəcəm”
Azərbaycanda MİDA təcrübəsi: “Sanki adam döyüşdürürlər”
“Bu, onun sonuncu etirazı idi”