Dünya

Kreml: Rusiya hərbçilərinin geri çəkildiyi ərazilər geri qaytarılacaq

5 Oktyabr, 2022
304

Rəsmi səhifə

"Rusiyanın tərkibinə keçən yeni bölgələrin Rusiya hərbçiləri tərəfindən müvəqqəti tərk edilmiş əraziləri geri qaytarılacaq". 

Bu sözləri Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov oktyabrın 5-də jurnalistlərə açıqlamasında deyib.

"Burada heç bir ziddiyyət yoxdur. O ərazilər əbədi olaraq Rusiyanın tərkibində olacaqlar və geri qaytarılacaqlar", - deyə Peskov bildirib və əlavə edib ki, həmin bölgələrin sakinlərinə indi "Rusiya ilə əbədi" birlikdə olduqların dair vəd verilib. 

https://toplum.tv/dunya/qazaxistan-rusiyanin-ukrayna-ile-bagli-telebini-redd-edib

Bununla belə, az əvvəl Rusiya Müdafiə Nazirliyi "ölkənin tərkibinə qatılmış yeni bölgələrindən" ordunun geri çəkilməsini təsdiqləmişdi.

Həmçinin qondarma Xerson vilayəti administrasiyası rəhbərinin müavini Kirill Stremousov Rusiya hərbçilərinin Xerson yaxınlığında yenidən qruplaşmalar apardığını bildirmişdi. Onun sözlərinə görə, Ukrayna ordusunun regionun dərinliklərinə doğru irəliləməsi artıq dayandırılıb, üstəlik, Ukrayna Silahlı Qüvvələrinin hücum ssenarisi də artıq mümkün deyil.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Dünya

"Tesla"nın elektrik yük maşını "Sibertrak" satışa çıxarılıb

Toplum TV
1 Dekabr 2023

drive.com

"Tesla" şirkəti "Sibertrak" (Cybertruck”) elektrik yük maşınının tədarükünə başladığını elan edib. Toplum TV “The Financial Times” nəşrinə istinadən xəbər verir ki, elektrikli avtomobilin qiyməti 60,990 dollardan başlayır. Tədarükünün başlanması ilə bağlı keçirilən tədbirdə çıxış edən "Tesla"-nın qurucusu Elon Mask futuristik dizaynlı yeni elektrikli pikapın “yolların simasını dəyişəcəyini” bildirib.   https://toplum.tv/dunya/pelon-mask-anti-semitizm-ittihamlarindan-sonra-israile-sefer-edibp "Sibertrak", "Tesla"-nın pikap bazarında ilk addımıdır.  Bununla belə, "The Financial Times" qeyd edir ki, "Tesla" iki ildir  "Sibertrak" buraxmağa hazırlaşdığı vaxtda "Ford" və "General Motors" da daxil olmaqla, digər istehsalçıların elektriklə işləyən pikapları bazara daxil olub.
Dünya

Navalnıya qarşı yeni cinayət işi açılıb 

Toplum TV
1 Dekabr 2023

Açıq mənbələrdən götürülüb

Rusiyada həbsdə olan siyasətçi Aleksey Navalnıya yeni cinayət işi açılıb. O, "vandalizm"də ittiham olunur Toplum TV xəbər verir ki, bu barədə dekabrın 1-də siyasətçinin Telegram-kanalı məlumat verib.  "Meduza.io"-nun yazdığına görə, Navalnıya Rusiya Federasiyası Cinayət Məcəlləsinin 214-cü maddəsi üzrə ittiham irəli sürülüb. Bu maddənin 2-ci bəndində “bir qrup şəxs tərəfindən, habelə siyasi, ideoloji, irqi, milli və ya dini nifrət və ya ədavət, yaxud hər hansı sosial qrupa qarşı nifrət və ya düşmənçilik motivləri ilə törədilmiş əməllər” nəzərdə tutulur. https://toplum.tv/dunya/pzelenski-ukraynanin-eks-huumlcumunun-ugurlu-olmadigini-etiraf-edibp Bu maddə üzrə üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək məcburi əmək və ya eyni müddətə azadlıqdan məhrum etmə cəzası...

Seçilmiş Videolar

Toplum TV loqo