Dünya

Kreml: Türkiyənin Suriya ilə bağlı təhlükəsizlik qayğılarını anlayırıq

22 Noyabr, 2022
299

Açıq mənbələrdən götürülüb

Dmitri Peskov

Rusiya Suriyadakı vəziyyətlə bağlı Türkiyənin təhlükəsizlik qayğılarını başa düşür,  İnanırıq ki, bu, Türkiyənin qanuni haqqıdır. 

Toplum TV “RİA Novosti”yə istinadən xəbər verir ki, bu sözləri Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın açıqlamasına münasibət bildirərkən deyib. 

“Biz Türkiyənin təhlükəsizliklə bağlı qayğlarını başa düşürük və hörmət edirik. İnanırıq ki, bu, Türkiyənin qanuni haqqıdır. Amma tərəfləri vəziyyəti çətinləşdirə biləcək addımlardan da çəkinməyə çağırırıq. Bu, bumeranq kimi geri qayıda bilər, təhlükəsizliklə bağlı vəziyyəti daha da çətinləşdirə bilər", - Peskov qeyd edib. 

https://toplum.tv/dunya/suriyadan-turkiyeye-raket-atilib-olen-ve-yaralananlar-var

Ərdoğan dünən, noyabrın 21-də mətbuata verdiyi açıqlamada Rusiya tərəfinin Suriyada öhdəliklərini yerinə yetirmədiyini bildirmişdi: “Bizim 2019-cu ildəki Soçi razılaşmamıza əsasən, Rusiya  İraqın və Suriyanın şimalında terrorçuları aradan qaldırmağa cavabdeh idi, amma dəfələrlə xəbərdarlıq etməyimizə baxmayaraq, Moskva üzərinə düşən vəzifəni yerinə yetirməkdən imtina edir”.

Bundan əvvəl ABŞ da Türkiyə ordusunun Suriyanın şimalındakı hərbi əməliyyatları fonunda gərginliyi azaltmağa dair çağırış etmişdi. 

"Birləşmiş Ştatlar Suriya və Türkiyədə mülki insanların həlak olması ilə bağlı səmimi başsağlığı verir. Biz Suriyada mülki insanların həyatını qorumaq və İŞİD-i məğlub etmək kimi ümumi məqsədi dəstəkləmək üçün gərginliyin azaldılmasına çağırırıq", - deyə Dövlət Departamentinin sözçüsü Ned Prays bildirmişdi. 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Dünya

Makron Avropadakı müttəfiqləri qorxaq olmamağa çağırıb

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Fransa Prezidenti Emmanuel Makron Avropa dövlət başçılarına Ukrayna məsələsində qorxaqlıq etməmək barədə çağırış edib.  Toplum TV xəbər verir ki, Makron bu barədə Çexiyaya səfəri zamanı Praqada həmvətənləri qarşısında çıxış edərkən bildirib.  "Avropada qorxaqlıq etməməyin vacib olduğu bir məqama yaxınlaşırıq. Bizi gözləyən dramlardan danışmaq həmişə çətindir. Amma düşünürəm ki, Fransa da, Çexiya da baş verənləri anlayır. Müharibə torpaqlarımıza gəlib çatıb, dayandırılması qeyri-mümkün olan qüvvələr bizə qarşı hücum təhlükəsini genişləndirməkdə davam edir", - deyə o bildirib.  https://toplum.tv/dunya/pputin-qerbi-hedeleyib-facievi-neticeleri-olacaqp Xatırladaq ki, Fransa Prezidenti fevralın 26-da Parisdə Ukraynaya dəstək üçün keçirdiyi görüşdən sonra verdiyi açıqlamada Qərb qoşunlarının Ukraynaya göndərilməsini istisna etmədiyini bildirmişdi: "Bu gün quru...
Dünya

Fransa abort hüququnu konstitusiyaya salan ilk ölkə olub

5 Mart 2024

Açıq mənbələrdən götürülüb

Fransa qadınların abort hüququnu öz Konstitusiyasına salan ilk ölkə olub.  Toplum TV xəbər verir ki, qərar, lideri olduğu "Renessans" partiyası ilə birlikdə düzəlişlərin müəllifi olan Prezident Emmanuel Makron tərəfindən hərarətlə qarşılanıb. Fransa Parlamentinin sədri Yael Braun-Pive bildirib ki, 780 deputat təşəbbüsün lehinə, 72-si isə əleyhinə səs verib. https://toplum.tv/dunya/pquotpolitikoquot-fransa-nato-ya-qosunlarin-ukraynaya-goumlnderilmesini-teklif-edibp "Reuters" xəbərinə görə, parlamentin iclasında spikerin açıqlaması alqışlarla qarşılanıb. Dəyişiklik Konstitusiyanın 34-cü maddəsinə əlavə ediləcək. 

Seçilmiş Videolar

Toplum TV loqo