Dünya

Kreml Ukraynadakı müharibənin hansı halda başa çatacağını açıqladı

9 İyun, 2022
715

Rəsmi səhifə

"Rusiya Federasiyasının Ukraynadakı "xüsusi hərbi əməliyyatı" qarşıya qoyulan tapşırıqlar yerinə yetirildikdən sonra başa çatacaq".
 
Bunu Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov iyunun 9-da keçirdiyi mətbuat konfransında deyib. 
 
Jurnalistlərin Ukraynanın Rusiyanın nəzarətinə keçən bölgə və vilayətlərində Ukrayna dilinin dövlət dili olaraq qalıb-qalmayacağı sualına cavabında Peskov deyib ki, hələlik Ukrayna dili bu bölgələrdə dövlət dili olaraq qalır, "amma gələcəkdə bu məsələnin həlli yerli əhalinin iradəsindən asılı olacaq".
 
Qərbə taxıl tədarükü ilə bağlı məsələyə qaldıqda isə, Kremlin sözçüsü deyib ki, hələlik heç bir razılaşma əldə olunmayıb.

Xatırlatma

Rusiya 2022-ci il, fevralın 24-də Ukraynada "xüsusi hərbi əməliyyat adlandırdığı" genişmiqyaslı müharibəyə başlayıb.

Hərbi əməliyyatlarla əlaqədar Prezident Vladimir Putin bəyan edib ki, Moskvanın məqsədi Donbass regionunda “səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalmış insanları qorumaqdır”.

Hərbi əməliyyatların başlamasından 2 gün əvvəl, fevralın 22-də isə Kreml Ukraynanın şərqindəki separatçı qurumları - "Donbas Xalq Respublikası"nı və Luqansk Xalq Respublikasını" rəsmən tanıyıb.

Ukraynada müharibə başlayandan sonra ABŞ, Avropa Birliyi, Böyük Britaniya, Kanada, Yaponiya, Avstraliya və digər Qərb ölkələri Rusiyaya qarşı sərt sanksiyalar tətbiq etməyə başlayıblar. Sanksiyalar paketinə Rusiya neftinə embarqo qoyulması, Rusiya iqtisadiyyatını təcrid edilməsi, oliqarxlara və siyasətçilərə məhdudiyyətlərin tətbiqi daxildir. Rusiya Prezidenti də sanksiya tətbiq edilən şəxslər siyahısına salınıb.

Aprelin 7-də BMT Baş Assambleyası Rusiyanın təşkilatın İnsan Hüquqları Şurasından çıxarılması ilə bağlı qətnamə qəbul edib.

Rusiya ordusunun Buça və digər Ukrayna şəhərlərində kütləvi qətliamlar və müharibə cinayətləri törətdiyi iddia olunur. BMT-nin açıqlamasına görə, müharibə başlayandan bəri 10 milyondan çox ukraynalı ölkəni tərk edib. Müharibənin Ukrayna iqtisadiyyarına milyardlarla dollar ziyan vurduğu bildirilir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Dünya

Ukrayna İrana sanksiyalar qoymağa hazırlaşır

Toplum TV
29 May 2023

PBS

Ukrayna Prezidenti Volodimir Zelenski parlamantə İrana qarşı 50 il müddətinə sanksiyaların tətbiqinə dair qətnamə layihəsi təqdim edib.  Toplum TV "Radio Svoboda"-ya istinadən xəbər verir ki, sənədə əsasən, sanksiyalara digər məsələlərlə yanaşı, ticarət əməliyyatlarına tam qadağa qoyulması, resursların tranzitinin dayandırılması və Ukrayna ərazisində İran sakinlərinin kapitalının bloklanması daxildir. https://toplum.tv/dunya/pavropa-ittifaqi-oumllkeleri-rusiyanin-200-milyard-avroluq-aktivlerini-dondurubp Ukraynanın iqtisadiyyat naziri Yuliya Sviridenkonun sözlərinə görə, sanksiyaların tətbiqinə səbəb Tehranın Moskvaya göstərdiyi hərbi yardımdır. Kiyev Tehranı Rusiyanı Ukraynanın kritik infrastrukturuna hücum üçün istifadə olunan silahlarla, xüsusən də "Şahed" dronları ilə təchiz etməkdə ittiham edir. Tehran isə iddia edir ki, Rusiyaya az sayda pilotsuz təyyarələr verib, amma bu, müharibə başlamazdan əvvəl olub. ...
Dünya

Ərdoğanın qələbəsindən sonra lirə rekord həddə düşüb

Toplum TV
29 May 2023

Açıq mənbələrdən götürülüb

Türkiyədə prezident seçkililərinin ikinci turunda Rəcəb Tayyib Ərdoğanın qələbəsi rəsmiləşəndən sonra lirə dollar qarşısında rekord həddə ucuzlaşıb.  Toplum TV CNBC-yə istinadən xəbər verir ki, valyuta bu gün, mayın 29-u yerli vaxtla səhər saat 11:00 radələrində ABŞ dolları qarşısında qısa müddət ərzində 20 həddini keçərək ötən həftənin rekordunu təzələyib.  Dünyanın aparıcı maliyyə xidməti şirkəti "Wells Fargo"-nun valyuta strateqi Brendan Makkenna CNBC-yə açıqlamasında deyib ki, Ərdoğanın yenidən prezident seçilməsi nəticəsində türk lirəsi ilə bağlı bədbin proqnozlar artır.  https://toplum.tv/dunya/pkiliccedildaroglu-bu-tariximizin-en-edaletsiz-seccedilki-doumlvruuml-idip McKenna lirənin ikinci rübün sonuna kimi dollara nisbətdə 23-ə, gələn ilin əvvəlində isə 25-ə çataraq ən aşağı səviyyəyə düşəcəyini proqnozlaşdırır. Son beş ildə lirə...

Seçilmiş Videolar

Toplum TV loqo