Dünya

Kremlin yeni təbliğat vəsaiti: Rusiya ədalətli və təhlükəsiz dünya düzəni qurur

8 Avqust, 2022
1525

Açıq mənbələrdən götürülüb

Kremldə təbliğatçı KİV-in Ukraynadakı müharibəni necə işıqlandırması barədə metodik vəsaitlər hazırlamağı davam edirlər. “Meduza” Rusiya Prezident Administrasiyasının (PA) iyulda hazırladığı iki vəsait haqqında artıq yazıb. Onlarda Ukraynaya təcavüzlə Rusiyanın xristianlaşdırılması və Neva döyüşü arasında paralellər aparmaq “tövsiyə” olunurdu.

İndi isə Ukrayna müharibəsi ilə Birinci dünya müharibəsini müqayisə edən metodik vəsait “Meduza”nın əlinə keçib. PA-da onu avqustun 1-i üçün hazırlayıblar, həmin gün kayzer Almaniyası Rusiya imperiyasına müharibə elan edib.

Əsas tezis sadədir: guya Rusiya XX əsrin əvvəllərində də, indi də Qərb ölkələri tərəfindən hərbi qarşıdumaya “cəlb edilib”. Mətndə izah olunur ki, Qərb özünün “müstəmləkə iddiaları”na görə mütəmadi olaraq müharibələr törədir, Rusiya da hər dəfə konfliktdə iştirak etməli olur, çünki “qardaş xalqlar”ı müdafiə edir, “özününküləri atmır” və “məzlumların yanında durur”. Məsələn, 1914-cü ildə Rusiya Serbiyanı “ata bilmədi”.

Təbliğatçılar üçün metodik vəsaitdə Ukrayna müharibəsi “müasir Ukrayna böhranı” adlanır. Tərtibatçılar konfliktin mənbəyini “Avromaydan”a və Donbasdakı hərbi əməliyyatlara bağlayırlar:

“Bəzi regionların rusdilli qalan və buna görə Ukrayna radikalları və rəsmi Kiyev hakimiyyəti tərəfindən basqılara məruz qalan əhalisi çevrilişlə və ruslara düşmən Ukrayna dövlətində yaşamaq perspektivi ilə razılaşmadılar. Krım Rusiyanın tərkibinə daxil olmaq istədiyini bildirdi, keçmiş Donetsk və Luqansk vilayətləri isə müstəqilliklərini elan etdilər. Bununla onlar millətlərin təyini-müqəddərat hüququnu reallaşdırdılar”.

Kreml hakimiyyətyönlü KİV-ə “məsləhət” görür ki, Qərb ölkələrinin 2014-cü ildən sonra Ukraynada “nifrət ideologiyasının və rusofobiyanın köməyi ilə Rusiyaya nifrət edən və rusları öldürməyə hazır olan insan nəsillərinin yetişdirilməsi”nə “sponsorluq” etdiklərini yazsınlar.

https://toplum.tv/dunya/rusiyaya-muharibe-ne-ucun-lazimdir

Rusiyanın rolu isə, vəsaitə görə, müstəsna şəkildə dincdir. Mətndə vurğulanır ki, Rusiya hakimiyyəti konflikti söndürmək üçün çox çalışdı, amma “ABŞ Ukraynanı Qərbin Rusiyaya qarşı ön cəbhəsinə çevirdi” və Rusiya “xüsusi hərbi əməliyyatı başlamağa məcbur oldu”.

Milli satqınlar

Vəsaitdə Qərbin Rusiyanın daxili işlərinə “qarışması”na  ayrıca fəsil həsr olunub. Müəlliflər təbliğatçılara “məsləhət görürlər” ki, XX əsrin əvvəllərində Almaniyanın bolşevikləri və hətta 1917-ci ildə “kütləvi iğtişaşları” maliyyələşdirməsi haqqında tezislərdən istifadə etsinlər.

Sənəddə Qərbin indi də eyni cür davrandığı, “sistemdənkənar müxalifəti, etiraz hərəkatını və antirusiya KİV-i maliyyələşdirməsi”, “xüsusi hərbi əməliyyat başlayandan bu prosesin intensivləşməsi” iddia olunur. 

“Xarici agentlər” barədə yazılır: “Bir çox “liberal” KİV və şəxslərin fəaliyyəti xarici strukturlar – çox vaxt qeyri-kommersiya və qeyri-hökumət, amma Qərb ölkələrinin hökumətləri ilə assosiasiya olunan təşkilatlar - tərəfindən maliyyələşdirildiklərinə görə qanuni xarici agent statusu alıblar”.

“Meduza”nın dəfələrlə yazdığı kimi, bu, ağ yalandır: hakimiyyət istədiyi zaman istənilən Rusiya vətəndaşını xarici agent elan edə bilər. Metodik vəsaitin tərtibatçıları reallığı inkar edir və təbliğatçılara “tövsiyə” edirlər ki, “xarici maliyyə alan istisnasız bütün təşkilatların, KİV, bloger və jurnalistlərin xüsusi hərbi əməliyyatın və Rusiyanın əleyhinə çıxması”ndan yazsınlar:

“Qərb onlara informasiya dəstəyi verərək yalan məlumatları tirajlamağa kömək edir.Onların demək olar ki, hamısı təkcə hakimiyyət əleyhinə deyil, Rusiya əleyhinə mövqe tuturlar, Rusiya hərbçilərinin ölümünü birbaşa alqışlayırlar. Onlar Qərb ölkələri kəşfiyyatının qidalandırdığı əsl milli satqınlardır”.

Vəsaitin sonunda qeyd olunur ki, yaxın gələcəkdə dünyada “antiamerika trendi” inkişaf edəcək və tezliklə ABŞ “nəinki hərbi müttəfiqlər, hətta ciddi səviyyəli ticarət partnyorları tapa bilməyəcək”. Bunun hansı səbəbdən baş verəcəyi izah olunmur.

Görünür, müəlliflər əmindirlər ki, Ukraynadakı müharibənin nəticələrinə əsasən formalaşacaq “yeni dünya düzəni” buna səbəb olacaq. Qeyd olunur ki, həmin “daha ədalətli və təhlükəsiz dünya düzəni”nin formalaşdırılması “Rusiyanın beynəlxalq arenada missiyası”dır.

Yeni düzənin baza əsasları aşağıdakılardır:

  • Heç bir ölkənin təhlükəsizliyi başqa dövlətin təhlükəsizliyinin zəifləməsi hesabına təmin olunmamalıdır;
  • Heç bir xalqın firavanlığı başqa xalqın və ya dövlətin firavanlığı hesabına əldə olunmamalıdır.

Müəlliflərə görə, Vladimir Putin hələ 2007-ci ildə Münhen nitqi zamanı təxminən bunları deyib. Yüksək pafosla qeyd edilir ki, hələ o zaman “Rusiya beynəlxaq münasibətlərin gələcək hegemonsuzlaşdırılmasının peyğəmbəri olub”.

Kreml təbliğatçılara “məsləhət görür” ki, öz materiallarında izah etsinlər: Ukraynaya müdaxiləyə başlamaqla “Rusiya təkcə öz maraqlarını və unikallığını deyil, başqa ölkələrin də unikallıq, çoxqütblü dünyada hörmət hüququnu qoruyur”.

https://toplum.tv/dunya/haqqinda-cinayet-isi-acilan-rusiyali-deputat-qorxu-ve-nese-demek-arasinda-qalanda-ikincisini-secirem

“Rusiya beynəlxalq münasibətlərin bütün iştirakçıları üçün münasib yanaşma sərgilədi və bu, dünyanın çox hissəsini Rusiya və onun xarici siyasəti ətrafında konsolidasiya edəcək”, - PA-da belə düşünürlər. Reallıqda ölkənin üzərinə qoyulan sanksiyalar üzrə çoxdan lider olması faktı metodik vəsaitdə göstərilmir.

Bütün bunları kim fikirləşir?

“Meduza”nın Kremlə yaxın mənbələrinin məlumatına görə, belə “tarixi” vəsaitləri Kremlin “think tank”ında – Sosial tədqiqatlar üzrə ekspert institutunda hazırlayırlar. Mənbələr deyirlər ki, onlar “Vahid Rusiya”dan Dövlət Dumasının deputatı Oleq Matveyçevin kurasiyasındadırlar.

Matveyçev “Bakster-qrupp” adlı siyasi texnologiyalar agentliyinin yaradıcılarından biridir. O, PA-da işləyib, sonra Voloqda və Volqoqrad vilayətlərinin vitse-qubernatoru olub.

Oleq Matveyçev - Açıq mənbələrdən götürülüb

Matveyçev özünün ekssentrik və təhqiramiz deyimləri ilə daha çox məşhurdur. Məsələn, 2010-cu ildə hakimiyyət əleyhdarlarını “tankların tırtıllarına bağlamağı” təklif edib. 2020-ci ildə isə “hər zaman müxalif əclafları boğduğunu və boğacağını” söyləyirdi. Həmin məqamda Matveyçev Ali iqtisadiyyat məktəbinin professosru idi; bu bəyanatından sonra ona töhmət verildi, tezliklə də universitetdəki işindən getdi. 2021-ci ildə “Vahid Rusiya”dan Dövlət Dumasına deputat seçildi.

Bu material çapa gedənə qədər Oleq Matveyçev “Meduza”nın suallarına cavab verməyib.

Tərcümə: Yadigar Sadıqlı


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Dünya

Ukrayna İrana sanksiyalar qoymağa hazırlaşır

Toplum TV
29 May 2023

PBS

Ukrayna Prezidenti Volodimir Zelenski parlamantə İrana qarşı 50 il müddətinə sanksiyaların tətbiqinə dair qətnamə layihəsi təqdim edib.  Toplum TV "Radio Svoboda"-ya istinadən xəbər verir ki, sənədə əsasən, sanksiyalara digər məsələlərlə yanaşı, ticarət əməliyyatlarına tam qadağa qoyulması, resursların tranzitinin dayandırılması və Ukrayna ərazisində İran sakinlərinin kapitalının bloklanması daxildir. https://toplum.tv/dunya/pavropa-ittifaqi-oumllkeleri-rusiyanin-200-milyard-avroluq-aktivlerini-dondurubp Ukraynanın iqtisadiyyat naziri Yuliya Sviridenkonun sözlərinə görə, sanksiyaların tətbiqinə səbəb Tehranın Moskvaya göstərdiyi hərbi yardımdır. Kiyev Tehranı Rusiyanı Ukraynanın kritik infrastrukturuna hücum üçün istifadə olunan silahlarla, xüsusən də "Şahed" dronları ilə təchiz etməkdə ittiham edir. Tehran isə iddia edir ki, Rusiyaya az sayda pilotsuz təyyarələr verib, amma bu, müharibə başlamazdan əvvəl olub. ...
Dünya

Ərdoğanın qələbəsindən sonra lirə rekord həddə düşüb

Toplum TV
29 May 2023

Açıq mənbələrdən götürülüb

Türkiyədə prezident seçkililərinin ikinci turunda Rəcəb Tayyib Ərdoğanın qələbəsi rəsmiləşəndən sonra lirə dollar qarşısında rekord həddə ucuzlaşıb.  Toplum TV CNBC-yə istinadən xəbər verir ki, valyuta bu gün, mayın 29-u yerli vaxtla səhər saat 11:00 radələrində ABŞ dolları qarşısında qısa müddət ərzində 20 həddini keçərək ötən həftənin rekordunu təzələyib.  Dünyanın aparıcı maliyyə xidməti şirkəti "Wells Fargo"-nun valyuta strateqi Brendan Makkenna CNBC-yə açıqlamasında deyib ki, Ərdoğanın yenidən prezident seçilməsi nəticəsində türk lirəsi ilə bağlı bədbin proqnozlar artır.  https://toplum.tv/dunya/pkiliccedildaroglu-bu-tariximizin-en-edaletsiz-seccedilki-doumlvruuml-idip McKenna lirənin ikinci rübün sonuna kimi dollara nisbətdə 23-ə, gələn ilin əvvəlində isə 25-ə çataraq ən aşağı səviyyəyə düşəcəyini proqnozlaşdırır. Son beş ildə lirə...

Seçilmiş Videolar

Toplum TV loqo