Açıq mənbələrdən götürülüb
Bu gün səhər saatlarında Rusiyanın ilhaq etdiyi Krımın şimalında, Cankoydan 20 kilometr aralıda yerləşən Mayskoye kəndində baş verən partlayışların foto və videoları yayılıb.
"RIA Novosti" mənbələrinə istinadən məlumat yayıb ki, partlayışdan sonra Cankoy rayonunda transformator yarımstansiyası yanıb. TASS isə xəbər verir ki, silah-sursat anbarında partlayış baş verib. Qəsəbə rəhbərliyi bunu təsdiqləyib, Mayskoye kəndinin sakinləri təxliyə olunur.
Eyni zamanda “Krıminform” yazır ki, söhbət iki fərqli insidentdən gedir – Mayskoyedəki silah-sursat anbarında baş verən partlayışlardan və Cankoy yarımstansiyasında baş verən yanğından.
Rəsmilər silah-sursat anbarında baş verən yanğın və partlayışlar nəticəsində iki nəfərin xəsarət aldığını bildirib. Onların həyatı təhlükədə deyil. Sakinlər Mayskoyedən təxliyə edilir, insanlar beş kilometrlik zonadan çıxarılır.
Rusiya Müdafiə Nazirliyi Krımda silah-sursat anbarında baş verən partlayışı diversiya adlandırıb.
Nazirlik elektrik stansiyası, dəmir yolu və yaşayış evləri də daxil olmaqla, bir sıra infrastuktura zərər dəydiyini bildirib.
Avqustun 9-da da Krımda rus hərbçilərinin istifadə etdiyi Saki aerodromunda silsilə partlayışlar baş vermişdi. Rusiya hökuməti bir nəfərin öldüyünü, 14 nəfərin yaralandığını bildirmişdi.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Açıq mənbələrdən götürülüb
Un.org
HƏMAS-ı tərifləyir, İsraili pisləyir - Ərdoğanın niyyəti nədir?
100 yaşlı Türkiyə Cümhuriyyəti: Atatürkün siyasi irsindən nə qalıb?
Ərəb-yəhudi qarşıdurmasının tarixi və səbəbləri
Qarabağa böyük qayıdış nə qədər şəffaf keçiriləcək?
50 il əvvəlki neft embarqosu: ərəb ölkələri təkrar edə bilərmi?