AFP
Kubada kommunist rejimə etiraz edən aksiya iştirakçılarının saxlanılması davam edir.
Yerli "14ymedio.com" resursunun verdiyi məlumata görə, ümumən 5 mindən çox insan saxlanılıb, onların arasında 120 aktivist və müstəqil jurnalist var.
Kubada kütləvi etirazlar iyulun 11-də başlayıb. "Röyters"-in məlumatına görə, Havananın və digər şəhərlərin küçələrinə minlərlə insan çıxıb. Onlar hökumət əleyhinə şüarlar səsləndirərək prezidenti istefa verməyə və hökuməti pandemiya ilə daha ciddi mübarizə aparmağa çağırıblar.
Mitinqlər başlanandan qısa müddət sonra ölkədə internet üzərində məhdudiyyətlər tətbiq edilib.
Sonuncu dəfə Kubada hökumət əleyhinə etirazlar 30 il əvvəl olmuşdu və onda miqyas da çox cüzi idi.
ABŞ prezidenti Co Bayden iyulun 13-də Kuba hökumətinə müraciət edərək etiraz edən insanların tələblərini dinləməyə və onlara cavab verməyə çağırmışdı.
Gazprom.ru
AFP
Bakı gecələrində çörək pulu qazananlar - “Günə 8-10 manat da olsa, min şükür”
Vaginizmdən əziyyət çəkən qadın: “Elə bilirdim ağrıya dayana bilməyəcəm”
“Bu, onun sonuncu etirazı idi”
Bələdiyyə torpaqları 50, 100 illik icarəyə verir, kəndli isə torpaqsız qalır
Müştəri restoranda servis haqqı ödəməlidirmi?