Guardian
Kubada hakim Kommunist partiyasına qarşı baş qaldıran kütləvi etiraz aksiyalarının fonunda hökumət fövqəladə rejim tətbiq etməli olub.
"El Periodico" nəşrinin məlumatına görə, hökumət paytaxt Havanaya hərbi qoşun və təhlükəsizlik qüvvələrinin əlavə hissələrini yeritmək məcburiyyətində qalıb.
Kütləvi etiraz aksiyalarında iştirak edənlər azad seçkilərin keçirilməsini və sosial problemlərin aradan qaldırılmasını tələb edirlər. Aksiyalara müdaxilə nəticəsində xəsarət alanlar və ya ehtimal edilən ölüm halları barədə məlumat verilmir.
Məlumata görə, Kubada uzun illərdən sonra ilk dəfədir ki, minlərlə adamın iştirakıyla etiraz aksiyaları keçirilir.
Kuba prezidenti Migel Dias Kannel aksiyaların baş qaldırmasında ABŞ-ı ittiham edib və hökumət tərəfdarlarını küçələrə çıxmağa çağırıb.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Açıq mənbələrdən götürülüb
Açıq mənbələrdən götürülüb