Latviyada koronavirus yoluxmalarının artması və vaksinasiyanın aşağı sürəti səbəbindən oktyabrın 21-dən noyabrın 15-ə kimi lokdaun elan olunub.
"Lenta.ru"-nun xəbərinə görə, qərarı ölkənin Baş naziri Krişyanis Karinş keçirdiyi mətbuat konfransında elan edib.
Baş nazirin sözlərinə görə, sərt məhdudiyyətlərin tətbiqi virusun yüksək sürətlə yayılması yavaşlatmaq məqsədiylə edilir. “Bir çoxlarına anlaşılmaz görünə bilər ki, niyə bu, bizdə belədir, Danimarka və İrlandiyada başqa cür. Səbəb odur ki, vaksinasiya prosesi lazımi qaydada getməyib”, - deyən Baş nazir vətəndaşları peyvənd olunmağa çağırıb.
Hökumət rəhbəri xatırladıb ki, lokdaun zamanı yalnız zəruri mallar və xidmətlər təqdim edən mağazalarla müəssisələr işləyəcək. Saat 20:00-dan 05:00-a qədər komendant saatı tətbiq olunacaq. Bütün kütləvi tədbirlər qadağan olunur.
Oktyabrın 18-də xəbər verilirdi ki, Latviya hər milyon nəfərə düşən COVID-19 xəstəsi sayına görə dünyada birinci yerə çıxıb. Bir gün əvvəl yoluxma sayı milyon nəfərə 7679,97 təşkil edib. Latviya bu göstərici üzrə Barbados (7125,28) və Gürcüstanı (7106,18) qabaqlayıb.
1,9 milyon əhalisi olan Latviyada əhalinin 49 faizi tam vaksinasiya olunub.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Yaxın Şərqdə müharibə: ABŞ atəşkəs başa çatdıqdan sonra İsrail üçün qırmızı xətlər çəkib
Açıq mənbələrdən götürülüb
Reuters
50 il əvvəlki neft embarqosu: ərəb ölkələri təkrar edə bilərmi?
Tarixçilər Ridli Skott-un "Napoleon" filmini niyə tənqid edirlər?
Vilayət Eyvazov "Abzas Media" işi ilə bağlı açıqlama verib
Korrupsiya ilə bağlı araşdırmalar hazırlayan Abzas Medianın direktoru nədə ittiham olundu?
Trampın yenidən prezident olmaq şansları nə qədərdir?