Dünya

Lavrov: Azərbaycan Qarabağ ermənilərinin hüquqlarını təmin etməyə hazırdır

1 Dekabr, 2022
322

RIA Novosti

Sergey Lavrov

"Azərbaycan digər vətəndaşlarının sahib olduğu hüquqların eynisini Qarabağdakı ermənilərə şamil etməyə və buna dair zəmanət təqdim etməyə hazırdır"

Toplum TV xəbər verir ki, bunu dekabrın 1-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov keçirdiyi mətbuat konfransında bildirib.

XİN rəhbəri açıqlamasında həmçinin qeyd edib ki, Alma-Ata Bəyannaməsi imzalananda Dağlıq Qarabağ Muxtar Vilayəti birmənalı olaraq Azərbaycan SSR-in tərkib hissəsi olub. 

https://toplum.tv/siyaset/fransa-azerbaycanla-bagli-daha-bir-qetname-qebul-etdi-bakidan-reaksiya

"Bu, həm Azərbaycan, həm Ermənistan, həm Fransa, həm də cənab Mişel (Şarl Mişel-red.) tərəfindən sənəd çərçivəsində təsdiq olunub. Yəni Alma-Ata Bəyannaməsinin heç bir qeyd-şərtsiz tanınması, əlbəttəi, gələcək işi yüngülləşdirir. Ona görə ki, bu, Qarabağın statusuna necə yanaşmaq problemini həll edir. Ermənistan rəhbərliyinin son vaxtlar statusdan çox Qarabağdakı ermənilərin hüquqları barədə danışması boş yerə deyil. Azərbaycan bunu müzakirə etməyə, Azərbaycanın digər vətəndaşlarının sahib olduğu hüquqların eynisini Qarabağdakı ermənilərə şamil etməyə və buna dair zəmanət təqdim etməyə hazırdır", - deyə o vurğulayıb. 

Lavrov onu da qeyd edib ki, Rusiyanın Azərbaycanla-Ermənistan arasındakı münasibətlərin normallaşmasında vasitəçilik missiyasına paralel olaraq, digər oyunçuların bu prosesə mane olmaq cəhdlərini görürlər. 

“Bizim bununla bağlı hansısa problemimiz yoxdur. Qərb xüsusi hərbi əməliyyat (Ukrayna müharibəsi -red.) başlayandan sonra Paris və Vaşinqtonun dili ilə rəsmi bəyan edib ki, onlar Rusiya ilə heç bir formatda əməkdaşlıq etməyəcəklər. Bununla da onlar ATƏT-in Minsk Qrupunun fəaliyyətinin bitdiyini elan ediblər. Ona görə də, bizim erməni həmkarlarımız hərdən Minsk Qrupunu xatırlayanda, biz onlara deyirik ki, sualı bizə yox, ABŞ-a və Fransaya verin. Əlbəttə, sual həm də Azərbaycanadır. Ona görə ki, Azərbaycanın iştirakı olmadan hansısa vasitəçilik missiyası mənasızdır. İndi amerikalılar, fransızlar, ümumilikdə Avropa Birliyi elə özləri tərəfindən dəfn olunan Minsk Qrupunu hazırki vasitəçilik xidmətlərinə mane olmaqla kompensasiya etməyə cəhd edir və Rusiyanın iştirakı ilə tərəflər arasında əldə olunan razılaşmaları özəlləşdirməyə çalışırlar. Misal üçün, Brüsseldə sərhədlərin delimitasiyası ilə bağlı komissiyanın iclasını keçirirlər. Azərbaycanlılar və ermənilər mədəni insanlardır. Onlar ora gedirlər. Amma mənə təsəvvür etmək çətindir ki, ancaq Rusiyanın Baş Qərargahında mövcud olan keçmiş sovet respublikalarının xəritəsi olmadan, delimitasiya məsələsini və eyni ilə sülh müqaviləsini necə müzakirə etmək olar?” - Lavrov açıqlamasında bildirib. 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Dünya

Makron Avropadakı müttəfiqləri qorxaq olmamağa çağırıb

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Fransa Prezidenti Emmanuel Makron Avropa dövlət başçılarına Ukrayna məsələsində qorxaqlıq etməmək barədə çağırış edib.  Toplum TV xəbər verir ki, Makron bu barədə Çexiyaya səfəri zamanı Praqada həmvətənləri qarşısında çıxış edərkən bildirib.  "Avropada qorxaqlıq etməməyin vacib olduğu bir məqama yaxınlaşırıq. Bizi gözləyən dramlardan danışmaq həmişə çətindir. Amma düşünürəm ki, Fransa da, Çexiya da baş verənləri anlayır. Müharibə torpaqlarımıza gəlib çatıb, dayandırılması qeyri-mümkün olan qüvvələr bizə qarşı hücum təhlükəsini genişləndirməkdə davam edir", - deyə o bildirib.  https://toplum.tv/dunya/pputin-qerbi-hedeleyib-facievi-neticeleri-olacaqp Xatırladaq ki, Fransa Prezidenti fevralın 26-da Parisdə Ukraynaya dəstək üçün keçirdiyi görüşdən sonra verdiyi açıqlamada Qərb qoşunlarının Ukraynaya göndərilməsini istisna etmədiyini bildirmişdi: "Bu gün quru...
Dünya

Fransa abort hüququnu konstitusiyaya salan ilk ölkə olub

5 Mart 2024

Açıq mənbələrdən götürülüb

Fransa qadınların abort hüququnu öz Konstitusiyasına salan ilk ölkə olub.  Toplum TV xəbər verir ki, qərar, lideri olduğu "Renessans" partiyası ilə birlikdə düzəlişlərin müəllifi olan Prezident Emmanuel Makron tərəfindən hərarətlə qarşılanıb. Fransa Parlamentinin sədri Yael Braun-Pive bildirib ki, 780 deputat təşəbbüsün lehinə, 72-si isə əleyhinə səs verib. https://toplum.tv/dunya/pquotpolitikoquot-fransa-nato-ya-qosunlarin-ukraynaya-goumlnderilmesini-teklif-edibp "Reuters" xəbərinə görə, parlamentin iclasında spikerin açıqlaması alqışlarla qarşılanıb. Dəyişiklik Konstitusiyanın 34-cü maddəsinə əlavə ediləcək. 

Seçilmiş Videolar

Toplum TV loqo