Dünya

Lavrov səfərinin pozulmasına görə Avropa Birliyini ittiham etdi

6 İyun, 2022
244

RIA Novosti

Rusiya Xarici İşlər Nazirliyi Sergey Lavrovun Serbiya səfərinin ləğv edildiyini təsdiqləyib. 

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova iyunun 6-da Serbiyaya səfər edəcək xarici işlər naziri Sergey Lavrovun təyyarəsi üçün Monteneqro, Şimali Makedoniya və Bolqarıstanın hava məkanını bağladığını təsdiqləyib. "Avropa Birliyi və NATO-ya üzv ölkələr öz hava məkanını qapatmaqla daha bir rabitə kanalını bağladılar", - Zaxarova İtaliyanın "La7" telekanalının efirində deyib.

Lavrovun özü də bu gün Moskvada keçirdiyi mətbuat konfransında üç ölkənin onun təyyarəsinin Serbiyaya uçmasına icazə verməməsinə münasibət bildirib, o, bunu "görünməmiş və ağlasığmaz" hadisə  adlandırıb. Onun sözlərinə görə, burada suveren dövlət hüququndan məhrumetmə var, bunu deyərkən o, Serbiyanı nəzərdə tutduğunu qeyd edib. Nazir səfərinin pozulmasında xüsusilə AB-ni günahlandırıb və deyib ki, "Brüsselin kuklaları" Rusiyaya bir sıra regional məsələlərlə bağlı mövqeyini nümayiş etdirməsi üçün Belqradda təmsilçilik platforması vermək istəməyiblər.

Bu axşam Serbiya Prezidenti Aleksandar Vuçiçin Rusiya xarici işlər nazirinin Belqrada səfərinin ləğvi ilə bağlı xalqa müraciət edəcəyi bildirilir. 

Serbiya Ukraynaya təcavüzlə əlaqədar Rusiyaya qarşı sanksiyalar tətbiq etməyən yeganə Aİ-yə namizəd ölkə olaraq qalır. Bununla belə, o, BMT-də Rusiyanın təcavüzə görə pisləndiyi və Ukraynanın ərazi bütövlüyünün dəstəkləndiyi qətnamələrə üç dəfə səs verib. Mayın sonunda hər iki ölkənin prezidenti Rusiya qazının tədarükü ilə bağlı yeni üçillik sazişlə bağlı razılığa gəliblər.

Dünya

Borrell: Avropa İttifaqının Rusiya ilə müharibə etmək niyyəti yoxdur

6 İyul 2022

Rəsmi səhifə

Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrell bildirib ki, Avropanın Rusiya ilə müharibə etmək planları yoxdur. O, bu barədə “Yomiuri” qəzetinə yazdığı məqalədə bildirib. Borrellin sözlərinə görə, Rusiyanın Ukraynadakı işğalçılıq siyasətinə əsas cavab bundan sonra da sanksiyalar siyasəti olacaq. O, sanksiyaların təsirinin daha da artacağına əminliyini ifadə edib.  Diplomat həmçinin Rusiyanın Avropa və ABŞ texnologiyalarından asılılığının Çindən altı dəfə çox olduğunu qeyd edib. Borrel hesab edir ki, buna görə də sanksiyalar altındakı Rusiya iqtisadiyyatı  ehtiyaclarını ödəyə bilməyəcək. Borrell artıq sanksiyalara görə Rusiyanın “İskəndər” və “X-101” kimi dəqiq raketlər istehsal etmək imkanlarının məhdudlaşdığına diqqət çəkib.  "Neft...
Dünya

Rusiya Xarkov Universitetini raketlə vurub

6 İyul 2022
İyulun 6-da gecə saatlarında Rusiya ordusunun Xarkovun Osnovyanski rayonlarına və Kiyev vilayətinə raket zərbəsi endirdiyi bildirilir.  Xarkov Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Sinegubov “Telegram”da məlumat yayıb. O, Novobavarskoyedə binaların bir hissəsinin dağıdıldığını qeyd edib. Oleq Sinegubov bildirib ki, raket zərbələri Xarkov Universitetini də dağıdıb: “Kiyev vilayətinə raket hücumu nəticəsində ali təhsil müəssisəsinin binası da dağıdılıb”. Oleq Sinegubov yaşayış binaları, açıq sahələr və buğda tarlasının yandığını əlavə edib.

Seçilmiş Videolar

Toplum TV loqo