chess24
Dünya şahmatının ulduzlarından olan və uzun illər Ermənistanı təmsil edən tanınmış şahmatçısı Levon Aronyan ABŞ-a köçmək qərarına gəlib.
Bu barədə fevralın 26-da 39 yaşlı qrossmeyster özünün "Feysbuk" hesabında açıqlama verib.
Aronyan qərarını ölkə rəhbərliyinin ona verdiyi vədləri yerinə yetirməməsi ilə əlaqələndirib. O, uzun müddət ölkəsini tərk edib-etməmək barədə dilemma qarşısında qaldığını, sonda onun qiymətləndirildiyi yerə getmək qərarına gəldiyini bildirib:
"Keçən il hamımız üçün çox çətin keçdi: pandemiya, müharibə, şəxsi həyatımdakı faciə (Aronyanın gənc həyat yoldaşı avtomobil qəzasında vəfat edib - red.) və dövlətin erməni şahmatına qarşı laqeydliyi. Verilən vədlərin yerinə yetirilməsi üçün bir ildən çox gözlədim. Axırda başa düşdüm ki, çətin qərarı verməli və doğma ölkəmi tərk etməliyəm. Bir il və dəyişikliyi gözləmək idman karyerası baxımından vaxt itkisidir. Ailəm, xüsusən anam mənim şahmatçı olmağım üçün çox qurbanlar verib. Bunu qiymətləndirirəm və şanslarımdan maksimum istifadə etməliyəm".
Qrossmeyster yeni hökumətin keçmiş prezident Serj Sarkisyandan fərqli olaraq, şahmata çox etinasız yanaşdığını bildirib: "Dövlətin dəstəyini özüm üçün deyil, uğurlarımla vətəni təmsil etmək üçün istədiyimi onlara başa sala bilmədim. Mənə dedilər ki, ekspertlər daha sənin potensialına inanmırlar".
Aronyan ABŞ-a köçmək və şahmata burda davam etmək qərarına gəldiyini açıqlayıb. O, ona bu işdə kömək edən amerikalı şahmat mesenatı Reks Sinkfildə və qrossmeyster Fabiano Karuanoya təşəkkür edib.
Levon Aronyan Ermənistan yığmasının kapitanı kimi üç dəfə olimpiya çempionu olub. Hazırda o, 2781 balla dünya şahmat reytinqində 5-ci sırada qərarlaşıb.
açıq mənbədən götürülüb
"Shutterstock"
Putinlə Paşiyan görüşünün pərdə arxası – Rusiya nə istəyir?
Bakı gecələrində çörək pulu qazananlar - “Günə 8-10 manat da olsa, min şükür”
Vaginizmdən əziyyət çəkən qadın: “Elə bilirdim ağrıya dayana bilməyəcəm”
Azərbaycanda MİDA təcrübəsi: “Sanki adam döyüşdürürlər”
“Bu, onun sonuncu etirazı idi”