AFP
Liviyada vətəndaş müharibəsində iştirak edən əsas tərəflər vahid hökumətin tərkibini təsdiq edib.
"Radio Svoboda"nın martın 11-də verdiyi xəbərə görə, parlamentin iclası Tripoli ilə Benqazi arasındakı Sirt şəhərində baş tutub. Bu iki şəhər yeddi il ərzində bütün ölkəyə nəzarət uğrunda müharibə aparan iki administrasiyanın faktiki paytaxtı idi.
Məlumata görə, yeni hökumət əvvəlki iki administrasiyanı əvəz etməlidir. Açıq səsvermə zamanı yeni hökuməti 132 deputat dəstəkləyib, 2 nəfər onun əleyhinə səs verib, daha 36 nəfər isə tədbirdə iştirak etməyib. Yeni hökumətin ümumi seçkilərin keçiriləcəyi 2021-ci ilin dekabr tarixinə qədər dövləti idarə etməsi gözlənilir.
Liviyada vətəndaş müharibəsi Müəmmər Qəddafi rejiminin 2011-ci ildə devrilməsindən sonra başlamışdı. Ölkənin qərbini və paytaxt Tripolini Milli Həmrəylik hökuməti idarə edirdi. Şərq və cənubun bir hissəsini isə seçilmiş parlament. Tripoli hökuməti BMT tərəfindən tanınsa da, digər tərəf müxtəlif Qərb ölkələri tərəfindən dəstəklənirdi.
Parlamentin adından hərəkət edən və feldmarşal Xəlifə Həftərin başçılıq etdiyi qoşunlar Milli Həmrəylik hökumətinin paytaxtı Tripolini almağa yaxın olduqları zaman Türkiyənin müdaxiləsindən sonra geri oturdulmuşdular. Bundan sonra ölkənin bütün ərazisində müharibənin dayandırılmasını, koronavirus pandemiyası ilə mübarizə aparılmasını və iqtisadi sabitliyin təmin olunmasını tələb edən vətəndaş etirazları bürümüşdü.
Yeni hökumətin formalaşması – BMT planının tərkib hissəsidir. Hökumətdə 33 nazir, iki baş nazir müavini olacaq. Baş nazir vəzifəsini Abdel Həmid Mohammad Dbeyba tutacaq. Tripolidəki ABŞ səfiri parlamentin sözügüdən iclasını “tarixi” hadisə adlandırıb. BMT də əldə olunan nəticəni alqışlayıb.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
PBS
Açıq mənbələrdən götürülüb
Azərbaycan və BƏƏ viza rejimini ləğv edir
Financial Times: Mayın 14-də Əliyev və Paşinyan arasında görüş olacaq
Ərdoğanın hakimiyyətə gəlişindən bəri Türkiyə necə dəyişib?
“Evrika” əməliyyatı: Avropanın ən güclü mafiyası necə ifşa edildi?
Britaniyalı ekspertlər: Rusiya ordusu indi daha yaxşı döyüşür