Lukaşenko Belarus və Rusiyanın İttifaq dövləti çərçivəsində daha da yaxınlaşmalarını istəyir
Açıq mənbələrdən götürülüb
Belarus prezidenti Aleksandr Lukaşenko rusiyalı həmkarı Vladimir Putini Xalqların birlik günü münasibətilə təbrik edib.
"RİA Novosti"nin aprelin 2-də verdiyi xəbərə görə, təbrikdə hər iki ölkənin misli görünməmiş xarici təzyiqə məruz qalmasından şikayət yer alıb.
Bununla əlaqədar Lukaşenko Putinə İttifaq dövləti çərçivəsində inteqrasiyanı dərinləşdirməyi təklif edib: “Belə halda İttifaq dövlətinin bütün müstəvilərdə konsolidasiyası bizə çağdaş həmlələrin və təhdidlərin spektrinə operativ və effektli reaksiya göstərmək imkanı verər, regionda təhlükəsizliyi və strateji sabitliyi etibarlı şəkildə təmin edər”.
Onun sözlərinə görə, inteqrasiyanın “iki dövlətin bərabərliyi və müstəqilliyi əsasında” dərinləşməsində həm ruslar, həm belaruslar maraqlıdırlar. O, qeyd edib ki, 2020-ci ildə “bir çoxlarının bəsit hesab etdiyi imkanların nə qədər vacib olduğunu bir daha gördük”.
Lukaşenko əvvəllər Belarusun Rusiyanın tərkibinə daxil olması variantını rədd etmişdi. O, bildirmişdi ki, belaruslar öz evlərində yaşayırlar. “Dünya o qədər dəyişib ki, bu istiqamətdə fəaliyyət göstərmək axmaqlıq olardı. Həm də bu tamamilə lazımsızdır”, - o demişdi.
2019-cu il ərzində və 2020-ci ildə Belarusda kütləvi etiraz aksiyalarına səbəb olan prezident seçkilərinə qədər Lukaşenko çoxvektorlu siyasət aparmağın və müstəqil dövlət qurmağın zəruriyindən danışırdı. O, dəfələrlə Rusiyanın “imperiya ədalarından” şikayətlənmiş və İttifaq dövləti çərçivəsində inteqrasiya layihəsini tənqid etmişdi.
Gazprom.ru
AFP
Bakı gecələrində çörək pulu qazananlar - “Günə 8-10 manat da olsa, min şükür”
Vaginizmdən əziyyət çəkən qadın: “Elə bilirdim ağrıya dayana bilməyəcəm”
“Bu, onun sonuncu etirazı idi”
Bələdiyyə torpaqları 50, 100 illik icarəyə verir, kəndli isə torpaqsız qalır
Müştəri restoranda servis haqqı ödəməlidirmi?