Dünya

Lukaşenko məhsul yığımı üçün səfərbərlik elan etdi

3 Oktyabr, 2022
509

Belarus Prezidentinin mətbuat xidməti

Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib ki, ölkədə "hamını səfərbər etməli" və mümkün qədər çox adam biçin üçün göndərilməlidir.

Bu barədə "Lenta.ru" məlumat verir. 

Lukaşenko çıxışında tələbələrin də məhsul yığımı üçün səfərbər olunmasını istəyib. 

"Kənd təsərrüfatı və müəssisələr üçün nəhəng bazar açılıb. Biz hər şeyi Rusiyaya, Çinə sata bilərik. Üstəlik, bu ölkələr Belarus məhsullarını ikiqat çox almağa hazırdırlar... Yəni bazar açılıb və qiymətlər yaxşıdır. 

https://toplum.tv/dunya/qazaxistan-rusiyanin-ukraynadaki-yeni-ilhaqlarini-tanimir

Ona görə də, haradasa sanksiyalar var, hansısa səfərbərlik, müharibə, filan şeylər var kimi söhbətlər qəbul olunmur.

Hər kəsi səfərbər edin!.. Kim 5-6 saat işə getsə, həm valideynlər sevinər, həm də uşağın fiziki hazırlığı yaxşı olar.

Odur ki, tələbələri, işçiləri, dövlət qulluqçularını və digər insanları məhsul yığmaq üçün səfərbər edin. Çünki biz yaxşı pul qazana bilərik”, - deyə Belarus lideri çıxışında bildirib. 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Dünya

Dmitri Medvedev Böyük Britaniyanı təhdid edib

31 May 2023

Açıq mənbələrdən götürülüb

"Böyük Britaniya Moskvanın “əbədi düşməni”dir, Ukraynada müharibəyə şərait yaradan istənilən Britaniya rəsmisi qanuni hərbi hədəf hesab edilə bilər". Toplum TV "Guardian" nəşrinə istinadən xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev açıqlama verib.  O, Britaniyanın xarici işlər naziri Ceyms Kleverlinin Ukraynanın öz sərhədlərindən kənarda güc göstərmək hüququna malik olması ilə bağlı sözlərindən qəzəblənib. Sabiq prezident deyib ki, Britaniyanın “ağılsız məmurları” bunun “müharibə iştirakçısı” olmaq mənasına gələcəyini dərk etməlidirlər. https://toplum.tv/dunya/pag-ev-rusiya-daxiline-huumlcumlari-desteklemirp     "Böyük Britaniya Ukraynanın müttəfiqi kimi ona texnika və mütəxəssislər şəklində hərbi yardım göstərir, o, faktiki olaraq Rusiyaya qarşı elan olunmamış müharibə aparır", - Medvedev "Tvitter"...
Dünya

Ağ Ev Rusiya daxilinə hücumları dəstəkləmir

Toplum TV
31 May 2023

Açıq mənbələrdən götürülüb

Ağ Ev çərşənbə axşamı Moskvaya edilən kütləvi dron hücumu ilə bağlı hələ də məlumat topladığını, amma Rusiya daxilinə edilən hücumları dəstəkləyə bilməyəcəyini bildirib. Toplum TV xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karin Jan-Pyer gündəlik brifinq zamanı bildirib. Vaşinqton Ukraynaya əsas silah tədarükçüsüdür - bir şərtlə ki, ölkə ondan özünü müdafiə etmək və Rusiya qüvvələri tərəfindən işğal olunmuş Ukrayna ərazilərini geri almaq üçün istifadə etsin. ABŞ rəsmiləri dəfələrlə bildiriblər ki, Ukrayna Rusiya ərazisinə hücumlar üçün Amerikanın verdiyi heç bir silahdan istifadə etməməyə razılaşıb. https://toplum.tv/dunya/pmoskvaya-dron-huumlcumu-rusiya-ukraynani-ittiham-edirp ABŞ rəsmilərinin mayın 31-də AP xəbər agentliyinə verdiyi açıqlamaya görə, bu həftə Ukraynaya yeni...

Seçilmiş Videolar

Toplum TV loqo