Açıq mənbələrdən götürülüb
Belarus Prezidenti Aleksandr Lukaşenko Minsk və Moskvanın daha da yaxın əməkdaşlıq əlaqələri quracağını bildirib.
Bu barədə avqustun 1-də BELTA məlumat yayıb.
"Rusiya və Belarusun müstəqilliyini qorumaqla biz elə bir ittifaq qura biləcəyik ki, həm federativ, həm konfederativ dövlətlər, həm də bəlkə də unitar dövlətlər həsəd apara bilsinlər", - ölkə başçısı bildirib.
https://toplum.tv/dunya/putinin-yeni-deniz-doktrinasi-nato-ve-abs-esas-tehluke-kimi-gosterilir
Bundan əvvəl Lukaşenko Belarusun Rusiyadakı səfirliyinin ikinci hökumət olacağını bildirmişdi. Onun sözlərinə görə, hazırda Belarusdakı vəziyyətə görə yeni səfir Dmitri Krutoy cavabdehdir, ona görə də diplomatik nümayəndəlikdə sistemin düzgün qurulması zəruridir.
Bazar ertəsi Prezident Lukaşenko Krutoyu Belarusun Rusiyadakı səfiri təyin edib. Əvvəllər o, Belarus Prezidenti Administrasiyası rəhbərinin müavini vəzifəsində çalışıb və “inteqrasiyanı dərinləşdirmək üçün ittifaq proqramlarının hazırlanmasında” iştirak edib.
Açıq mənbələrdən götürülüb
РИА Новости