AP
Belarus lideri Aleksandr Lukaşenko Rusiyanın Ukraynadakı “xüsusi əməliyyatı”nın uzanacağını gözləmirmiş.
O, bu barədə "Assoşieyted Press" agentliyinə müsahibəsində bildirib.
“Bir daha vurğulamaq istəyirəm ki, bu əməliyyatın uzandığını hiss edirəm”, - Lukaşenko Minskdə baş tutan görüşdə söyləyib. Belarus lideri deyib ki, hərbi əməliyyatların, Rusiyanın iddia etdiyi kimi, plan üzrə gedib-getməməsini bilmir, çünki “mövzuya yetərincə baş vurmayıb”. Lukaşenko müharibəni dayandırmaq üçün özünün əlindən gələni etdiyini vurğulayıb.
AP qeyd edir ki, söhbət zamanı Lukaşenko “müharibə” sözünü işlətməkdən çəkinmirdi, baxmayaraq ki, Rusiya hakimiyyəti Ukraynaya təcavüzü “xüsusi hərbi əməliyyat” adlandırır. Agentlik Belarus prezidentinin Moskvanın təcavüzünü ümumən dəstəklədiyini, “Rusiyanı Kiyev təhrik etdi” söylədiyini yazır. Eyni zamanda o, Ukraynada nüvə silahının tətbiqinin əleyhinə danışıb, amma Putinin belə bir niyyətinin olub-olmamasını bilmədiyini söyləyib.
Aleksandr Lukaşenko fevralın 5-də Vladimir Solovyova verdiyi müsahibəsində Ukraynaya qarşı mümkün müharibənin maksimum 3-4 gün çəkəcəyini proqnozlaşdırmışdı.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Açıq mənbələrdən götürülüb
Açıq mənbələrdən götürülüb
Azərbaycan və BƏƏ viza rejimini ləğv edir
Financial Times: Mayın 14-də Əliyev və Paşinyan arasında görüş olacaq
Ərdoğanın hakimiyyətə gəlişindən bəri Türkiyə necə dəyişib?
“Evrika” əməliyyatı: Avropanın ən güclü mafiyası necə ifşa edildi?
Britaniyalı ekspertlər: Rusiya ordusu indi daha yaxşı döyüşür