Reuters
Sağ mühafizəkar baş nazir Viktor Orban tərəfdarlarının çoxluq təşkil etdiyi Macarıstan parlamenti iyunun 15-də məktəblərdə “gey təbliğatı”nı qadağan edən qanun layihəsi qəbul edib.
"Radio Svoboda"-nın xəbərinə görə, hüquq müdafiəçiləri, LGBT təşkilatları və macar müxalifəti sözügedən qanun layihəsinin qəbulunu insan hüquqlarına kobud müdaxilə kimi qiymətləndiriblər.
Qanun layihəsinə görə, məktəblərdə homoseksuallıq, eləcə də transgenderlik mövzularının müzakirəsi, 18 yaşdan aşağı şəxslərə homoseksuallığın və ya cinsiyyət dəyişikliyinin “təbliğatı” qadağan olunur.
Bu normalar pedofiliyaya görə cəzaların ağırlaşdırılmasını nəzərdə tutan qanun layihəsinə daxil edilib. Bu səbəbdən də tənqidçilər Macarıstan hökumətini homoseksuallıqla pedofiliyanı eyniləşdirmək cəhdində qınayırlar.
Qanun layihəsinin qəbulu ərəfəsində Budapeştdə kütləvi etiraz aksiyası keçirilib.
Hakim partiya daha əvvəl nikahı kişi və qadının ittifaqı kimi müəyyənləşdirən konstitusiya maddəsinin qəbuluna nail olublar. Homoseksual cütlüklərin övladlığa uşaq götürməsi də qadağandır.
Tənqidçilər bildirirlər ki, yeni qanun Rusiyada qüvvədə olan və “homoseksuallığın təbliği”ni qadağan edən qanunla bir çox məqamlarda eynidir.
Gələn il Macarıstanda növbəti parlament seçkiləri keçiriləcək. Müşahidəçilərin fikrincə, Orban daha mühafizəkar əhval-ruhiyyəli seçicilərin dəstəyini qazanmağa, öz rəqiblərini isə qatı LGBT tərəfdarları kimi təqdim etməyə çalışacaq.
Orda.kz
Açıq mənbələrdən götürülüb
Kulyokda sümüklərini verdilər, basdırdıq – Ölümünü saxtalaşdıran adamın kəndindən reportaj
Məmur müxbirimizə rüşvət təklif etdi, sonra telefonunu götürüb qaçdı
Paşinyandan Azərbaycanla bağlı açıqlamalar: Bu, bizim üçün qırmızı xətdir
Mağazasında nisyə dəftərləri yandırılan sahibkar Toplum TV-yə danışdı
Məmurlar niyə az cəza çəkir?