Dünya

Makron: "Avropalılar sadəlövhlükdən əl çəkməlidirlər"

29 Sentyabr, 2021
149

Açıq mənbələrdən götürülüb

Avropalılar müdafiə planlarını gücləndirməli və özlərinə hörmət qoyulmasına nail olmalıdırlar. 

AP xəbər verir ki, bu sözləri Fransa prezidenti Emmanuel Makron deyib.

“Avropalılar öz sadəlövhlüklərindən əl çəkməlidirlər”, - Makron dünən Parisdə keçirdiyi mətbuat konfransında deyib. O, ilk dəfə olaraq Hind-Sakit okean regionunda ABŞ, Avstraliya və Böyük Britaniya tərəfindən yaradılan hərbi ittifaqa münasibət bildirib. 

“Biz təzyiq altında olarkən bizim də qüvvəmizin və müdafiə qabiliyyətimizin olduğunu göstərməli, bizə hörmət olunmasına məcbur etməliyik”.

Hərbi ittifaq yaranandan sonra Avstraliya daha əvvəl Fransaya sifariş verdiyi 12 ədəd dizel-elektrikli sualtı qayıqlardan imtina edərək ABŞ-dan atom mühərrikli qayıqlar almağa qərar verib. Fransa cavab olaraq hər iki ölkədən səfirlərini geri çağırmışdı. 

Makron deyib ki, səfir Filipp Etyen Vaşinqtona “aydın mandatla” qayıdacaq. O, qeyd edib ki, ötən həftə ABŞ prezidenti Co Baydenlə telefon danışığı zamanı köhnə müttəfiqlər arasında etimadın təmin olunmasına yönələn əsaslı məsləhətləşmələrə başlamağı razılaşdırıblar. 

“ABŞ bizim tarixi dostumuz və dəyərlər baxımından müttəfiqimizdir, amma biz anlamalıyıq ki, 10 ildən artıqdır ki, diqqəti ilk növbədə özlərinə yönəldiblər və strateji maraqlarını Çin və Sakit okean regionuna istiqamətləndiriblər”, - Makron bildirib. 

“Biz avropalı olaraq öz müdafiəmizdə iştirak etməliyik. Bu, ABŞ-la alyansa alternativ və onun əvəzlənməsi deyil”, - deyən Makron əlavə edib ki, Avropanın müdafiə planları NATO planları ilə uzlaşdırılmalıdır.

Dünya

Azərbaycanda 9 məktəb distant təhsilə keçdi

19 Oktyabr 2021

Açıq mənbələrdən götürülüb

9 məktəb, 344 sinif koronavirusa görə distant təhsilə keçib. Bu barədə oktyabrın 19-da Təhsil Nazirliyindən məlumat verilib.  Bildirilib ki, ölkənin ümumtəhsil məktəblərində 90 minə yaxın sinif var. Onlardan cəmi 344-ü (0,3 faizi) distant təhsilə keçib.
Dünya

Rusiya Ermənistana 1 milyard dollarlıq investisiya yatıracaq

19 Oktyabr 2021

Açıq mənbələrdən götürülüb

Rusiya yaxın vaxtlarda Ermənistan iqtisadiyyatına 1 milyard dollarlıq investisiya yatıra bilər.  TASS-ın məlumatına görə, bu barədə Rusiya iqtisadi inkişaf nazirinin müavini Dmitri Volvaç açıqlama verib.  Nazir müavininin sözlərinə görə, bu investisiya Rusiya və Ermənistan arasında iqtisadi, sosial və mədəni əlaqələrə çox ciddi töhfələr verəcək. Yeni iş yerlərinin açılmasına və infrastrukturun inkişafına gətirib çıxaracaq.  Statistikalara əsasən, Ermənistan Respublikasına yatırılan xarici investisiyanın 40%-i Rusiya Federasiyasının payına düşür. 
Seçilmiş Videolar