Dünya

Makron: Putinin hərəkətlərinin məntiqli açıqlaması yoxdur

23 Sentyabr, 2022
114

Açıq mənbələrdən götürülüb

Fransa Prezidenti Emmanuel Makron hesab edir ki, Rusiya Prezidenti Vladimir Putinin hərəkətlərinin, o cümlədən Ukraynada işğala başlamaq qərarının “məntiqli açıqlaması yoxdur”. 

O, bu barədə CNN telekanalına müsahibəsində bildirib.

Fransa Prezidentinin sözlərinə görə, rusiyalı həmkarının “çoxlu inciklikləri” var. "O, 1990-cı illərdən sonra ona kifayət qədər hörmət etmədiyimizi hiss edir", -  Makron deyib. O, həmçinin hesab edir ki, COVID-19 pandemiyası səbəbindən uzunmüddətli təcrid Putinə yəqin ki, təsir edib. Qışda Putin danışıqlar üçün yanına gələn liderlərin əksəriyyətini, o cümlədən Makronu hədsiz uzun masa arxasında onlardan xeyli aralıda oturaraq və əl sıxmaqdan qaçaraq qəbul edirdi.

https://toplum.tv/dunya/kadirov-cecenistanda-seferberlik-olmayacaq

Makron Putinin Rusiyada səfərbərlik qərarını “səhv” adlandırıb. "Bir neçə ay əvvəl Putin iddia edirdi ki, NATO Rusiyaya qarşı aqressiv davranır, o, sadəcə vəziyyətə reaksiya verir. Amma indi hamıya aydındır ki, müharibəyə başlamaq qərarına gələn Prezident Putin olub", - Makron deyib. 

O, Qərb ölkələrinin Ukraynanı dəstəkləməkdə davam edəcəyini təsdiqləyib və qeyd edib ki, sülh şərtlərinə məhz Kiyev qərar verməlidir. Eyni zamanda, Makron Rusiya ilə, o cümlədən Putinlə danışıqların tərəfdarı olduğunu bildirib və qeyd edib ki, onun Rusiya Prezidenti ilə telefon danışıqları sayəsində, məsələn, Zaporojye atom elektrik stansiyasına MAQATE missiyasını göndərmək mümkün olub.

Makron liberal demokratiyaya, o cümlədən Qərbə olan təhlükədən də danışıb və qeyd edib ki, demokratiya həm avtokratik rejimlər, həm də populist və millətçi hisslərin artması ilə bağlı daxili problemlər tərəfindən təhdid edilir.

Makron Rusiyanın Ukraynaya müdaxiləsindən sonra Putinlə dialoqu davam etdirən azsaylı Qərb liderlərindən biridir. Eyni zamanda o, Rusiya prezidenti ilə danışmağın onun üçün asan olmadığını etiraf edərək, Putinin çox vaxt hiyləgər və qeyri-səmimi olduğuna eyham vurub.

Dünya

Şimali Koreya Rusiyanın Ukrayna ərazilərini ilhaq etməsini dəstəkləyir

4 Oktyabr 2022

CNN

Koreya Xalq Demokratik Respublikasının Xarici İşlər Nazirliyi Rusiyanın Ukraynanın şərqində keçirdiyi referendumun nəticələrini dəstəkləyib.  Bu barədə Şimali Koreyanın Mərkəzi Xəbər Agentliyi məlumat yayıb. “Biz Rusiyaya birləşməyə çalışan Donetsk və Luqansk Xalq Respublikalarının, Xerson və Zaporojye vilayətlərinin sakinlərinin iradəsinə hörmət göstəririk və Rusiya hökumətinin yuxarıda göstərilən regionların öz tərkibinə qəbul edilməsi ilə bağlı mövqeyini dəstəkləyirik”. - bəyanatda deyilir. https://toplum.tv/dunya/zelenski-vladimir-putinle-danisiqlardan-imtina-barede-serencam-verdi Beləliklə, Şimali Koreya səsvermənin nəticələrini dəstəkləyən yeganə ölkə olub. ABŞ və dünyanın bir çox ölkələri Rusiyanın ilhaqını pisləyib. Bu gün, oktyabrın 4-də Federasiya Şurası Ukraynanın beş vilayətinin ərazisinin Rusiyaya daxil olmasına dair sazişləri ratifikasiya edib. Ukrayna ərazilərinin ilhaqını Nümayəndələr Palatasının iştirak edən...
Dünya

 Xameneyi: İrandakı etirazların arxasında ABŞ və sionistlər dayanır

4 Oktyabr 2022
"Bu iğtişaşlar Amerika, sionist rejim və onların agentləri tərəfindən təşkil edilir". "Fars" agentliyi xəbər verir ki, bu sözləri İranın ali dini lideri Ayətullah Əli Xameneyi Tehranda bir qrup tələbə qarşısındakı çıxışı zamanı deyib. Xameneyi Məhsa Əminin ölümündən kədərləndiklərini bildirsə də, bu qətli törədənlərin cəzalandırılacağından, yaxud hadisənin araşdırılacağından bəhs etməyib. Onun sözlərinə görə, bu cür hallar İranda dəfələrlə baş verib: "Ancaq bəziləri bunu görmürlər. Onlar itaətkar, inək kimi sağılan Pəhləvi dönəmini axtarırlar”. Sentyabrın ortalarında 22 yaşlı kürd qadın hüquq müdafiəçisi Məhsa Əmini başındakı hicabını açdığına görə əxlaq polisi tərəfindən saxlanılıb və döyülüb. Qız komaya düşdükdən bir neçə gün sonra xəstəxanada ölüb....

Seçilmiş Videolar

Toplum TV loqo