Dünya

Makron: Putinin hərəkətlərinin məntiqli açıqlaması yoxdur

23 Sentyabr, 2022
119

Açıq mənbələrdən götürülüb

Fransa Prezidenti Emmanuel Makron hesab edir ki, Rusiya Prezidenti Vladimir Putinin hərəkətlərinin, o cümlədən Ukraynada işğala başlamaq qərarının “məntiqli açıqlaması yoxdur”. 

O, bu barədə CNN telekanalına müsahibəsində bildirib.

Fransa Prezidentinin sözlərinə görə, rusiyalı həmkarının “çoxlu inciklikləri” var. "O, 1990-cı illərdən sonra ona kifayət qədər hörmət etmədiyimizi hiss edir", -  Makron deyib. O, həmçinin hesab edir ki, COVID-19 pandemiyası səbəbindən uzunmüddətli təcrid Putinə yəqin ki, təsir edib. Qışda Putin danışıqlar üçün yanına gələn liderlərin əksəriyyətini, o cümlədən Makronu hədsiz uzun masa arxasında onlardan xeyli aralıda oturaraq və əl sıxmaqdan qaçaraq qəbul edirdi.

https://toplum.tv/dunya/kadirov-cecenistanda-seferberlik-olmayacaq

Makron Putinin Rusiyada səfərbərlik qərarını “səhv” adlandırıb. "Bir neçə ay əvvəl Putin iddia edirdi ki, NATO Rusiyaya qarşı aqressiv davranır, o, sadəcə vəziyyətə reaksiya verir. Amma indi hamıya aydındır ki, müharibəyə başlamaq qərarına gələn Prezident Putin olub", - Makron deyib. 

O, Qərb ölkələrinin Ukraynanı dəstəkləməkdə davam edəcəyini təsdiqləyib və qeyd edib ki, sülh şərtlərinə məhz Kiyev qərar verməlidir. Eyni zamanda, Makron Rusiya ilə, o cümlədən Putinlə danışıqların tərəfdarı olduğunu bildirib və qeyd edib ki, onun Rusiya Prezidenti ilə telefon danışıqları sayəsində, məsələn, Zaporojye atom elektrik stansiyasına MAQATE missiyasını göndərmək mümkün olub.

Makron liberal demokratiyaya, o cümlədən Qərbə olan təhlükədən də danışıb və qeyd edib ki, demokratiya həm avtokratik rejimlər, həm də populist və millətçi hisslərin artması ilə bağlı daxili problemlər tərəfindən təhdid edilir.

Makron Rusiyanın Ukraynaya müdaxiləsindən sonra Putinlə dialoqu davam etdirən azsaylı Qərb liderlərindən biridir. Eyni zamanda o, Rusiya prezidenti ilə danışmağın onun üçün asan olmadığını etiraf edərək, Putinin çox vaxt hiyləgər və qeyri-səmimi olduğuna eyham vurub.

Dünya

İran Məhsa Əmininin ölüm səbəbini açıqladı

7 Oktyabr 2022

Sosial Media

İran Ədliyyə Xidməti Məhsa Əmininin ölümünün beyin hipoksiyasına görə olduğunu müəyyən edib. Bu barədə "Reuters" xəbər yayıb.  Məhsa Əmininin tibbi ekspertizasında onun ölümünün "baş və həyati orqanlara vurulan zərbələrlə əlaqədar olmadığı" bildirilib. https://toplum.tv/dunya/xameneyi-irandaki-etirazlarin-arxasinda-abs-ve-sionistler-dayanir Məhkəmə-tibbi ekspertləri bildirib ki, Əmini 8 yaşında olarkən beyin əməliyyatı keçirib və ağır dərmanlar qəbul edib: “Mərhumun uşaqlıqda keçirdiyi xəstəlik və qəbul etdiyi ağır dərmanlar səbəbindən polis idarəsində huşunu itirib. Və bundan sonra onun orqanizminin vəziyyətə uyğunlaşmaq üçün lazımi qabiliyyəti olmayıb”. 22 yaşlı Əmininin İran əxlaq polisinin nəzarətində olarkən ölməsi ölkədə iki həftədən çox davam edən kütləvi etirazlara səbəb olub. Atası onun ayaqlarında qançırlar olduğunu və onun...
Dünya

Nobel Sülh Mükafatının qalibləri bəlli oldu 

7 Oktyabr 2022

Rəsmi səhifə

Rusiyanın “Memorial” hüquq müdafiə təşkilatı, belarus hüquq müdafiəçisi Ales Byalyatski və Ukraynanın “Mülki Azadlıqlar Mərkəzi” hüquq müdafiə təşkilatı Nobel Sülh Mükafatına layiq görülüblər.  Bu barədə oktyabrın 7-də Nobel Komitəsi məlumat yayıb.  Nobel Sülh Mükafatı 1901-ci ildən "sülhün möhkəmlənməsinə görkəmli töhfəsinə görə" verilir. 120 il ərzində 109 fiziki şəxsə və 25 təşkilat mükafata layiq görülüb. Laureatlar arasında ən gənc mükafatçı, 2014-cü ildə mükafatı alan 17 yaşlı pakistanlı hüquq müdafiəçisi Malala Yusufzai də daxil olmaqla 18 qadın var. Beynəlxalq Qızıl Xaç Komitəsi üç dəfə Nobel Sülh Mükafatına layiq görülüb. https://toplum.tv/dunya/putin-kadirova-general-polkovnik-rutbesi-verdi Nobel Sülh Mükafatının tarixi ərzində SSRİ və Rusiyanın üç vətəndaşı laureat olub:...

Seçilmiş Videolar

Toplum TV loqo