Dünya

Makron sillələnməsinə münasibət bildirdi

9 İyun, 2021
531

Sosial Media

Fransa prezidenti Emmanuel Makron Drom departamentində baş verən insidentə elə də böyük əhəmiyyət vermir və hesab edir ki, bu, diqqəti digər problemlərdən yayındırmamalıdır. 

Bu barədə prezident "Le Dauphine" saytına açıqlamasında danışıb. 

"Bu hadisəni şişirtməyə ehtiyac yoxdur, bunu bir nəfərin başına gəlmiş hadisə hesab edirəm. Bu, diqqətimizi böyük çoxluğa aid olan problemlərdən yayındırmamalıdır", - deyə fransız lider qeyd edib. 

Emmanuel Makronun iyunun 8-də Drom departamentinə səyahəti zamanı başına iş gəlib. O, metal barmaqlıqların arasında toplaşan yerli sakinlərdən ibarət kütləyə yaxınlaşıb, kişilərdən birinin əlini tutub, ona nəsə deyəndə, adam sifətinə sillə vurmaqla cavab verib. İnsidentdən sonra iki nəfərin saxlanıldığı bildirilib. 

Fransa hüquq mühafizə orqanlarından verilən məlumata görə, prezindentin üzünə sillə vuran şəxsin evində polis tərəfindən axtarış aparılıb.

Hadisəni törətməkdə təqsirli bilinən şəxsin dostu mətbuata açıqlamasında baş verən hadisəyə görə təəccübləndiyini deyib:

“Dostumun hərəkətinə çox təəccübləndim. Mənə Damienin prezidentə sillə vuracağını söyləsəydilər, bunun doğru olmadığını deyərdim. Dostum çox sakit adamdır" - deyə o,  açıqlamasında qeyd edib. 
 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Dünya

Makron Avropadakı müttəfiqləri qorxaq olmamağa çağırıb

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Fransa Prezidenti Emmanuel Makron Avropa dövlət başçılarına Ukrayna məsələsində qorxaqlıq etməmək barədə çağırış edib.  Toplum TV xəbər verir ki, Makron bu barədə Çexiyaya səfəri zamanı Praqada həmvətənləri qarşısında çıxış edərkən bildirib.  "Avropada qorxaqlıq etməməyin vacib olduğu bir məqama yaxınlaşırıq. Bizi gözləyən dramlardan danışmaq həmişə çətindir. Amma düşünürəm ki, Fransa da, Çexiya da baş verənləri anlayır. Müharibə torpaqlarımıza gəlib çatıb, dayandırılması qeyri-mümkün olan qüvvələr bizə qarşı hücum təhlükəsini genişləndirməkdə davam edir", - deyə o bildirib.  https://toplum.tv/dunya/pputin-qerbi-hedeleyib-facievi-neticeleri-olacaqp Xatırladaq ki, Fransa Prezidenti fevralın 26-da Parisdə Ukraynaya dəstək üçün keçirdiyi görüşdən sonra verdiyi açıqlamada Qərb qoşunlarının Ukraynaya göndərilməsini istisna etmədiyini bildirmişdi: "Bu gün quru...
Dünya

Fransa abort hüququnu konstitusiyaya salan ilk ölkə olub

5 Mart 2024

Açıq mənbələrdən götürülüb

Fransa qadınların abort hüququnu öz Konstitusiyasına salan ilk ölkə olub.  Toplum TV xəbər verir ki, qərar, lideri olduğu "Renessans" partiyası ilə birlikdə düzəlişlərin müəllifi olan Prezident Emmanuel Makron tərəfindən hərarətlə qarşılanıb. Fransa Parlamentinin sədri Yael Braun-Pive bildirib ki, 780 deputat təşəbbüsün lehinə, 72-si isə əleyhinə səs verib. https://toplum.tv/dunya/pquotpolitikoquot-fransa-nato-ya-qosunlarin-ukraynaya-goumlnderilmesini-teklif-edibp "Reuters" xəbərinə görə, parlamentin iclasında spikerin açıqlaması alqışlarla qarşılanıb. Dəyişiklik Konstitusiyanın 34-cü maddəsinə əlavə ediləcək. 

Seçilmiş Videolar

Toplum TV loqo