Newsweek
Son vaxtlar bəyanatları Kiyevdə narazılığa səbəb olan Fransa Prezidenti Emmanuel Makron çərşənbə günü bir daha bəyan edib ki, “nə vaxtsa” Ukrayna Prezidenti və bu ölkənin digər rəsmiləri Rusiya ilə sülh danışıqları aparmalı olacaqlar.
Makron bunu Rumıniyada fransız əsgərləri ilə söhbətləşərkən deyib. Fransız əsgərləri Rumıniyada Rusiya təhlükəsi qarşısında NATO-nun şərq cinahını gücləndirmək üçün yerləşdiriliblər.
“Biz avropalılar da danışıqlar masası arxasında olacağıq”, - deyən Makron Avropa Birliyi (AB) ölkələrinin Ukraynaya təcavüzü dəf etməkdə kömək etdiyini qeyd edib.
Daha əvvəl Makronun Rusiyanı “alçaltmaq” olmaz fikri AB ölkələrində kəskin tənqidlərə səbəb olmuşdu. Fransa Prezidenti öz fikrini faktiki olaraq təkrar edərək bildirib ki, Rusiya da Avropa qitəsinin bir hissəsidir.
https://toplum.tv/dunya/makron-fransanin-muharibe-iqtisadiyyatina-kecdiyini-elan-etdi
Makron regiona səfəri zamanı Moldovaya da səfər edəcək. Bir sıra KİV-lər bundan əvvəl xəbər verirdilər ki, iyunun 16-da o, Almaniya kansleri Olaf Şolz və İtaliyanın baş naziri Mario Draqi ilə birlikdə Kiyevə gəlməlidir. Makron bunu nə təsdiq, nə də təkzib edib, səfər barədə hələlik rəsmi məlumat açıqlanmayıb.
Son zamanlar AB-də həm Ukraynaya Avropa İttifaqına üzv olmaq üçün namizəd statusunun verilməsinin mümkünlüyü, həm də Rusiya ilə qarşıdurmada Kiyevə veriləcək dəstək barədə müzakirələr gedir. Ukraynanın hökumət nümayəndələri Almaniya və Fransanı getdikcə daha çox tənqid edir və onları Ukraynanın maraqlarını tapdayaraq Rusiya ilə danışıqlar aparmaq istədiklərini bildirirlər. Hazırda rəsmi Kiyev Rusiya qoşunlarını ən azı 24 fevral tarixindən əvvəlki xəttə çəkməsə, onunla sülhə gəlməkdən imtina edir.
Açıq mənbələrdən götürülüb
ZDF
Kulyokda sümüklərini verdilər, basdırdıq – Ölümünü saxtalaşdıran adamın kəndindən reportaj
Məmur müxbirimizə rüşvət təklif etdi, sonra telefonunu götürüb qaçdı
Paşinyandan Azərbaycanla bağlı açıqlamalar: Bu, bizim üçün qırmızı xətdir
Mağazasında nisyə dəftərləri yandırılan sahibkar Toplum TV-yə danışdı
Məmurlar niyə az cəza çəkir?