Dünya

Makrona sillə vuran şəxs həbs edildi

11 İyun, 2021
51

Açıq mənbələrdən götürülüb

Fransa prezidenti Emmanuel Makrona sillə vuran şəxs həbs cəzasına məhkum edilib. 

"Anadolu" agentliyinin verdiyi məlumata görə, Fransa məhkəməsi Demyen Tareli 18 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edib, cəzanın 14 ayını şərti müddət təşkil edir.

Məhkəmənin qərarına əsasən, Tarel üç il müddətinə vətəndaş hüquqlarından məhrum edilib, həmçinin o, beş il ərzində silaha sahib ola bilməyəcək. 

Emmanuel Makron iyunun 8-də Drom departamentinə səyahəti zamanı xoşagəlməz insidentlə üzləşib. O, metal barmaqlıqların arasında toplaşan yerli sakinlərdən ibarət kütləyə yaxınlaşıb, kişilərdən birinin əlini tutub, ona nəsə deyəndə, adam sifətinə sillə vurmaqla cavab verib. İnsidentdən sonra hadisəni törədən Demyen Tarel saxlanılıb. 

Dünya

Baş Prokurorluq 4 namizədin həbsi üçün vəsatət verib

20 İyun 2021

Ria.ru

Gorusun seçki məntəqələrində əsgərlərə səsvermə ilə bağlı təlimat verilir. Bu haqda “News.am”-a şəhərin meri Aruş Aruşanyan deyib. “Çox sayda qanun pozuntusu var. Bizim yerlərdəki etibarlı şəxslərimiz güclüdürlər. Kimsə qanun pozuntusuna yol vermir, yerindəcə onları qeqdiyyata alır və buna imkan vermirlər”, - Aruşanyan deyib. Ermənistanda hərbi qullquçuların kütləvi şəkildə məcburi səs verməyə aparılması haqda sosial mediada da məlumatlar və bəzi görüntülər yayılıb. Ermənistan Müdafiə Nazirliyi mətbuatda və sosial şəbəkələrdə hərbi heyətin zorla səs verməsi barədə yayılan məlumatları təkzib edir. Nazirlik hərbçilərin seçki məntəqələrinə qrup halında aparılmasını daşınma prosesinin koordinasiyalı həyata keçirilməsi ilə izah edib. “Yayılan görüntülərdə seçki məntəqələrindəki hərbi qulluqçular çəkilib...
Dünya

Baş Prokurorluq 4 namizədin həbsi üçün vəsatət verib

20 İyun 2021

Açıq mənbələrdən götürülüb

Ermənistan Baş Prokurorluğu Mərkəzi Seçki Komissiyasına 4 namizədin haqqında həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatət göndərib. MSK-nın hüquq şöbəsinin müdiri Liliya Akopyan “Azadlıq” radiosunun erməni xidmətinə deyib ki, komissiya iki namizədlə bağlı razılığını verib. Bunlar “Şərəf duyaram” blokunun namizədi Ruben Xlgatyan və “Çiçəklənən Ermənistan” partiyasının namizədi Aramais Aproyandır. MSK təmsilçisinin sözlərinə görə, daha iki namizəd üçün vəsatətlər müzakirə olunmayıb, qanun üç günlük bir müddət təyin edib. Həmin vəsatətlərin seçkidən bir gün öncə - iyunun 19-da daxil olduğu bildirilir. Seçki günü təşviqatın Seçki Məcəlləsi ilə də qadağan olunduğunu əsas gətirən Liliya Akopyan Akopyan Baş Prokurorluğun hansı namizədlərin həbsi ilə bağlı müraciət...
Seçilmiş Videolar