Dünya

Maltalı jurnalistin ölümü ilə bağlı araşdırma açıqlandı - Azərbaycanın da adı hallanırdı

30 İyul, 2021
983

Reuters

Dafne Karuana Qaliziyanın ölümü ilə bağlı araşdırmada jurnalistin qətlində Malta hökumətinin məsuliyyət daşığı bildirilir. Araşdırmaçıların sözlərinə görə, hökumət "cəzasızlıq mühiti" yaradıb. 

"The Guardian" nəşri xəbər verir ki, hüquqşünaslardan ibarət komandanın apardığı 437 səhifəlik hesabatda bildirilir ki, dövlət araşdırmaçı jurnalistin həyatına olan real və birbaşa riskləri müəyyənləşdirməkdə uğursuzluğa uğrayıb və onların qarşısını almaqdan ötrü məntiqli addımlar atmağa müvəffəq olmayıb". 

Karuana Qaliziya 2017-ci il oktyabrın 16-da avtomobilində yerləşdirilən bombanın partlaması nəticəsində həlak olub. Onun ölümü Avropada böyük qəzəbə səbəb olmuş və Maltanın hakim İşçi Partiyasında siyasi böhrana gətirib çıxarmışdı. 

Prokurorların inancına görə, qətli yüksəkçinli dövlət rəsmiləriylə yaxın əlaqələri olan iş adamı Yorgen Feneç təşkil edib. İş adamı isə bu iddiaları təkzib edir. 

Yorgen Feneç

Qaliziyanın avtomobilinə partladıcı yerləşdirməkdə şübhəli bilinən üç nəfər həbs olunub. Onladan birinə 15 il həbs cəzası verilib, ikisi isə hələ məhkəməni gözləyirlər. 

Feneçin həbsindən sonra Maltanın baş naziri Jozef Muskat 2019-cu ilin dekabrında istefa verib. Ona qarşı rəsmi ittiham irəli sürülməyib. 

Azərbaycanın da adı keçir

Dafne Karuana Qaliziyanın 2017-ci ilin fevralında bloqunda “17 Black Limited” adlı məxfi şirkət haqda yazıb. Jurnalist şirkətin maltalı siyasətçilərə bağlı olduğunu iddia edib, ancaq bu iddianı əsaslandırmayıb. O, şirkətin kimə məxsus olduğunu aşkara çıxara bilməyib, bunu yazandan səkkiz ay sonra isə öldürülüb.

“Reuters” agentliyi  daha sonra “17 Black Limited” şirkətinin Yorgen Feneçə məxsus olduğunu aşkarlayıb. Agentliyin araşdırmasında Azərbaycanın da adı çəkilir. 

Məlumata görə, 2013-cü ildə maltalı investorlar, Azərbaycanın SOCAR neft şirkəti və Almaniyanın "Siemens" şirkətinin iştirakıyla "Electrogas Malta" şirkəti yaradılıb və Feneç onun başına keçib. Şirkət 450 milyon avroluq "Delimara" elektrik stansiyasının tikintisini 2017-ci ildə başa çatdırıb.

“Panama sənədləri”nə görə, Fenech bu layihəni udandan sonra “17 Black” şirkəti Maltanın enerji nazirinə 1,5 milyon funt-sterlinq məbləğində ödəniş edib. Bu pulun nəyə görə köçürüldüyü açıqlanmayıb.

Layihədə SOCAR-a məxsus “SOCAR Trading” iştirak edib. Şirkətdən "Reuters"ə verilən açıqlamada isə “17 Black Limited" şirkəti barədə məlumatsız olduqları   bildirilib. 


 

Dünya

Putin MDB-yə KTMT-də müşahidəçi statusunun verilməsini istəyir

16 May 2022

kremin.ru

Rusiya Prezidenti Vladimir Putin mayın 16-da Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Moskvada keçirilən sammitindəki çıxışı zamanı Müstəqil Dövlətlər Birliyinə (MDB) təşkilatda müşahidəçi statusunun verilməsi təklifi ilə çıxış edib. “TASS”ın məlumatına görə, Prezident Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) və MDB məkanında təbii tərəfdaşlarla əməkdaşlığın qurulmasının vacibliyini vurğulayıb. Putin onu da qeyd edib ki, KTMT payızda birgə hərbi təlimlər planlaşdırır. Onun sözlərinə görə, təlimlərin sayı getdikcə artacaq və onlar Qazaxıstan, Qırğızıstan və Tacikistanda keçiriləcək. Mayın 15-də Belarusun müdafiə naziri Viktor Xrenin bir neçə ildən sonra onlarla ölkənin KTMT-yə qoşulacağını bəyan etmişdi. Hazırda təşkilatın üzvləri Rusiya, Belarus, Qazaxıstan, Ermənistan, Qırğızıstan və Tacikistandır. Putin sammitdəki...
Dünya

BMT: Hər 10 ukraynalıdan 9-u yoxsulluq təhlükəsiylə üz-üzədir

16 May 2022

Getty Images

Rusiya ilə Ukrayna arasındakı müharibə uzanarsa, bu, hər 10 ukraynalıdan 9-nun yoxsulluq həddinindən də aşağı həddə düşməsinə gətirib çıxaracaq. Bu barədə BMT məlumat yayıb. “Ukraynada azı 100 milyard ABŞ dolları dəyərində olan binalar, yollar, körpülər, xəstəxanalar, məktəblər dağıdılıb. Müəssisələrin yarısı tamamilə bağlanıb, digər yarısı isə çətinliklə üzləşib”, - deyə BMT-nin açıqlamasında bildirilir. Qurum qeyd edir ki, əgər Ukraynada müharibə uzanarsa, bu, ölkənin inkişafını iyirmi ilə yaxın müddətdə təhlükə altına qoya bilər. Mayın əvvəlində «CNN» xəbər vermişdi ki, Ukraynanın cənubunda rus hərbçiləri işğal etdikləri ərazilərdə ukraynalı fermerlərdən taxıl ehtiyatını və kənd təsərrüfatı texnikasını oğurlayır, həmçinin ərzaq anbarlarını atəşə tuturlar. Kiyev İqtisadiyyat...

Seçilmiş Videolar

Toplum TV loqo