Reuters
Fevralın 18-də Marsa enən “Perseverans” aparatı planetin atmosferində 96% karbon qazından ibarət oksigen əldə edə bilib.
Bu barədə Amerika Kosmik Agentliyinin (NASA) rəsmi saytında məlumat verilib.
Məlumata görə, aparat müvafiq təcrübəni aprelin 20-də, planetdəki fəaliyyətinin 60-cı gün həyata keçirib.
“Perseverans” karbon qazını MOXİE təcrübə aparatının köməyi ilə emal edərək, 5,4 qram oksigen əldə edib. Bu miqdar astronavtın 10 dəqiqə ərzində nəfəs alması üçün kifayət edir. Aparatın bir saat ərzində 10 qrama qədər oksigen emal edəcəyi gözlənilir.
Ekspertlərin fikrincə, bu metod Marsda oksigen əldə etməyə və saxlamağa imkan verəcək. Öz növbəsində bu, pilotlu uçuşlar zamanı da faydalı olacaq.
“Perseverans” ötən ilin iyulunda Marsa göndərilib. Aparat fevralda eniş edib, martın əvvəllərində isə ilk hərəkət testindən keçib. O, dörd əsas elmi tapşırığı həll etməlidir: planetin həyat üçün yararlığını qiymətləndirməli, həyat əlamətləri axtarmalı, Yerə göndərmək üçün nümunələr toplamalı və insanın Marsa enişi üçün hazırlıq görməlidir.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Açıq mənbələrdən götürülüb
Un.org
HƏMAS-ı tərifləyir, İsraili pisləyir - Ərdoğanın niyyəti nədir?
100 yaşlı Türkiyə Cümhuriyyəti: Atatürkün siyasi irsindən nə qalıb?
Ərəb-yəhudi qarşıdurmasının tarixi və səbəbləri
Qarabağa böyük qayıdış nə qədər şəffaf keçiriləcək?
50 il əvvəlki neft embarqosu: ərəb ölkələri təkrar edə bilərmi?