Açıq mənbələrdən götürülüb
Hazırda Təhlükəsizlik Şurası rəhbərinin müavini vəzifəsini tutan Rusiyanın keçmiş prezidenti Dmitri Medvedev teleqram kanalında Ukraynanın yaxın 2 ildə dünya xəritəsindən silinməyəcəyinə əmin olmadığını yazıb.
Medvedevin sözlərinə görə, Ukrayna guya ABŞ-dan maye qazı 2 il ərzində Lend-Liz şərtləri ilə almaq istəyir. "Sadəcə bir sual. Bəs kim dedi ki, iki ildən sonra Ukrayna dünya xəritəsində mövcud olacaq?" - keçmiş prezident yazıb.
Medvedev teleqram kanalı Rusiyanın Ukraynaya təcavüzündən sonra işlətməyə başlayıb və məsələylə əlaqədar bir çox sərt bəyanatlar verib. O, ABŞ Prezidenti Co Baydenin səhhətindəki problemlərə işarə vurub və “Rusiyanın ölümünü arzulayan” bəzi opponentləri “alçaqlar və degeneratlar” adlandırıb. Sonuncu dəfə isə o, ilk dəfə olaraq Ukrayna dövlətçiliyinin məhv edilməsinin mümkünlüyün barədə birbaşa danışıb.
https://toplum.tv/dunya/sipri-nuve-silahindan-istifade-ehtimali-hec-vaxt-olmadigi-qeder-realdir
Kremlin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov Medvedevin sözlərini şərh edərkən bildirib ki, "Ukraynanın böyük problemləri var", çünki onun rəhbərliyi "vəziyyətə ayıq başla baxmaq istəmir. Ona görə də təbii ki, bu, Ukraynaya yaxşı heç nə vəd etmir".
Xatırlatma
Rusiya 2022-ci il, fevralın 24-də Ukraynada "xüsusi hərbi əməliyyat adlandırdığı" genişmiqyaslı müharibəyə başlayıb.
Hərbi əməliyyatlarla əlaqədar Prezident Vladimir Putin bəyan edib ki, Moskvanın məqsədi Donbass regionunda “səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalmış insanları qorumaqdır”.
Hərbi əməliyyatların başlamasından 2 gün əvvəl, fevralın 22-də isə Kreml Ukraynanın şərqindəki separatçı qurumları - "Donbas Xalq Respublikası"nı və Luqansk Xalq Respublikasını" rəsmən tanıyıb.
Ukraynada müharibə başlayandan sonra ABŞ, Avropa Birliyi, Böyük Britaniya, Kanada, Yaponiya, Avstraliya və digər Qərb ölkələri Rusiyaya qarşı sərt sanksiyalar tətbiq etməyə başlayıblar. Sanksiyalar paketinə Rusiya neftinə embarqo qoyulması, Rusiya iqtisadiyyatını təcrid edilməsi, oliqarxlara və siyasətçilərə məhdudiyyətlərin tətbiqi daxildir. Rusiya Prezidenti də sanksiya tətbiq edilən şəxslər siyahısına salınıb.
Aprelin 7-də BMT Baş Assambleyası Rusiyanın təşkilatın İnsan Hüquqları Şurasından çıxarılması ilə bağlı qətnamə qəbul edib.
Rusiya ordusunun Buça və digər Ukrayna şəhərlərində kütləvi qətliamlar və müharibə cinayətləri törətdiyi iddia olunur. BMT-nin açıqlamasına görə, müharibə başlayandan bəri 10 milyondan çox ukraynalı ölkəni tərk edib. Müharibənin Ukrayna iqtisadiyyarına milyardlarla dollar ziyan vurduğu bildirilir.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
PBS
Açıq mənbələrdən götürülüb
Azərbaycan və BƏƏ viza rejimini ləğv edir
Financial Times: Mayın 14-də Əliyev və Paşinyan arasında görüş olacaq
Ərdoğanın hakimiyyətə gəlişindən bəri Türkiyə necə dəyişib?
“Evrika” əməliyyatı: Avropanın ən güclü mafiyası necə ifşa edildi?
Britaniyalı ekspertlər: Rusiya ordusu indi daha yaxşı döyüşür