Məhkəmə Navalnının koloniyaya göndərilməsi haqda qərarı qüvvədə saxladı - YENİLƏNİB
Aleksey Navalnı - DW
Fevralın 20-də Moskva şəhər məhkəməsi müxalifətçi Aleksey Navalnının “İv Roşe” işi üzrə apelyasiya şikayətinə baxaraq onun haqqındakı şərti cəzanı həqiqi həbs cəzası ilə əvəzləyərək ümumi rejim koloniyasına göndərilməsi haqda qərarı qüvvədə saxlayıb.
Məhkəmə eyni zamanda cəzanın çəkilmə müddətində Navalnının 30 dekabr 2014 - 17 fevral 2015-ci il tarixləri arasında ev həbsində keçirdiyi vaxtı və Matrosskaya Tishina istintaq təcridxanasında bir aylıq həbsi də hesablayıb. Beləliklə, Navalnı 2 il 8 ay deyil, təxminən 2 il 5 ay koloniyada olacaq.
Məhkəmə bundan sonra müxalifətçinin veterana böhtan atması haqda cinayət işinə baxmalıdır.
Aleksey Navalnı 2014-cü ildə fırıldaqçılıq ittihamı ilə 3,5 il sınaq müddətinə məhkum edilib. 2021-ci ilin fevralında Federal Penitensiar Xidmət siyasətçinin cəza şərtlərini pozduğunu bildirib və məhkəmə həmin cəzanı həqiqi bir nəticə ilə əvəz edib.
Siyasətçi 2020-cı il avqustun 20-də Sibirdən Moskvaya gedən təyyarədə özünü pis hiss edib. O, Omskda iki gün xəstəxanada qalandan sonra Almaniyaya köçürülüb.
Sağalandan sonra Rusiyaya qayıdan Navalnı Vnukova aeraportunda saxlanılıb.
Moskvadakı Babuşkinski məhkəməsi Aleksey Navalnını müharibə veteranına böhtan atmaqda günahkar bilib və ona 850.000 rubl (təqribən 11.500 dollar) pul cəzası kəsib.
Vəkillərinin çıxarılmasını tələb etməsinə baxmayaraq hökm elan edildiyi zaman Navalnıya qandal taxılıb.
Radio Azatutyun
Pfizer
İddia: “Polis kapitanı mənə dedi ki, bu dəqiqə paqonumuzu cırıb başına oyun açacağıq”
7 uşaqlı ana: “Demirik ki, bizə ət alsınlar. Deyirik ki, hər ay bir yeşik ərzaq versinlər”
Könül Şamilqızı: “Zelenski arı yuvasına çubuq uzadıb”
"Paşinyan hakimiyyəti devrilsə, sərhədlərin açılması Türkiyənin də, Azərbaycanın da ziyanına işləyəcək”
İsa Qəmbər: “Xalq bu cür önəmli məlumatı erməni və rus mətbuatından öyrənməli deyil”