Dünya

Meksika prezidenti mayya xalqından üzr istəyib

4 May, 2021
52

Reuters

Meksika hökuməti Amerikanın ispan müstəmləkəçiliyinə məruz qaldıqdan sonra yerli mayya xalqına vurulan ziyana və onun təslimçilərinin ayrı-seçkiliklə üzləşməsinə görə üzr istəyib. 

"Lenta.ru"-nun mayın 4-də verdiyi xəbərə görə, müvafiq bəyanatı prezident Andres Manuel Lopes Obrador səsləndirib.

Bəyanata görə, Meksika hakimiyyəti “hökumətin etik imperativinə uyğun olaraq, eləcə də öz inamına əsasən”, mayya xalqından Amerikadakı ispan işğalı, 300 illik müstəmləkə hakimiyyəti və iki əsr müstəqil Meksika tarixi ərzində “özəl şəxslər, milli və xarici hakimiyyətlər tərəfindən törədilən dəhşətli cinayətlərə görə” üzr istəyir.

Eramızın III-IX əsrlərində çiçəklənmə dövrünü yaşayan Mayya sivilizasiyası Amerikanın kəşfi zamanı tənəzzül keçirirdi. Qədim mayyaların varisləri təkcə əcdadlarının dilini saxlayan müasir mayya xalqları deyil, həm də Meksikanın cənub ştatlarının, Qavtemalanın, Hondurasın ispandilli əhalisinin bir hissəsidir. Hazırda Meksikada və Mərkəzi Amerika ölkələrində 6 milyona qədər mayyanın yaşadığı təxmin edilir. 

İspaniya milli tədqiqat şurasının gəldiyi nəticəyə görə, mayya sivilizasiyası qismən 1590 il əvvəl İlopanqo vulkanının fəlakətli püskürməsi üzündən tənəzzül edib. Bu zaman 40 kilometr radiusda bütün canlılar məhv olub. Şleyf 45 kilometr hündürlüyə qalxıb, kül isə 7 min kilometrdən artıq məsafəyə yayılaraq Qrenlandiyaya çatıb. İki milyon kvadrat kilometrdən artıq sahəni yarım santimetr qalınlığında kül təbəqəsi örtüb və bu da kənd təsərrüfatına fəlakətli təsir göstərib.

Dünya

BMT Təhlükəsizlik Şurası Qüds məsələsində razılığa gələ bilmir

17 May 2021

Sosial Media

BMT Təhlükəsizlik Şurası İsrail və Fələstin arasında münaqişənin kəskinləşməsi barədə bəyanatını üçüncü dəfə razılaşdıra bilməyib.  Bu barədə mayın 17-də “The Times of Israel” diplomatik mənbələrinə istinadən xəbər verib. Bildirilir ki, Təhlükəsizlik Şurasına üzv ölkələrin vahid nəticəyə gəlməməsinə səbəb ABŞ-ın mövqeyi olub. Diplomatların sözlərinə görə, Birləşmiş Ştatların təmsilçiləri özlərinin “diplomatik səyləri üçün bir qədər vaxt” istəyiblər.  Məlumata görə, məsələ ətrafında danışıqlar hələ davam edir. Fələstinə bağlı təşkilatlar mayın 10-dan başlayaraq İsraili güclü raket atəşinə tuturlar. İsrail ordusu buna cavab olaraq ehtiyatda olan beş min hərbçisini səfərbər edib və “Divar keşikçiləri” adlı əməliyyat keçirib.  Mayın 16-na olan məlumata görə, Fələstin-İsrail münaqişəsi qızışandan...
Dünya

Gürcüstan daxili işlər naziri böhranı həll etmək üçün Dmanisiyə yollandı

17 May 2021

Sputnik

Gürcüstan daxili işlər naziri Vaxtanq Qomelauri azərbaycanlılarla svanlar arasında qarşıdurmanın baş verdiyi Dmanisi şəhərinə gəlib. Bu barədə mayın 18-də "Sputnik Gürcüstan" məlumat verib.  Məsələ ilə əlaqədar açıqlama verən Qomelauri bildirib ki, vəziyyət gözlənilmədən nəzarətdən çıxıb, ona görə də polisin səyləri nəticə verməyib.  "İnsanlar çox tez toplandılar və qısa zamanda xaotik vəziyyət yarandı. Bölgəyə əlavə qüvvələr cəlb edilmişdi, amma bu da kifayət etmədi. Təəssüf ki, bu qədər böyük kütlə idarə oluna bilmədi və Dmanisiyə əlavə qüvvələr göndərildi. Ona görə də insanları və bu qarşıdurmanı vaxtında dayandırmaq mümkün olmadı. Etnik azərbaycanlılar bizim vətəndaşlarımızdır, Azərbaycan strateji tərəfdaşımız, qonşumuz, müttəfiqimiz, dostumuzdur. Bunun etnik bir...
Seçilmiş Videolar