Fashionista
Sasseks hersoginyası intihar etmək barədə də düşündüyünü etiraf edib
Böyük Britaniyanın taxt-tacdan imtina etmiş şahzadəsi Harri və onun həyat yoldaşı Meqan Marklın martın 8-də amerikalı teleaparıcı Opra Uinfriyə verdikləri müsahibə böyük söz-söhbətə səbəb olub.
Xüsusilə Meqan Marklın açıqlamaları ölkədə böyük ajiotaj yaradıb. O, CBS kanalında yayımlanan müsahibəsində Britaniya kral ailəsində irqçiliyin mövcud olmasına dair eyham vurub. Bildirib ki, birinci hamiləliyi zamanı saray nümayəndələrindən bəziləri onun gələcək oğlunun dəri rənginə görə narahatlıq keçiriblər və Arçi anadan olandan sonra dərisinin "nə qədər qara olacağı haqqında müzakirələr olub".
Onun sözlərinə görə, kral ailəsi nümayəndələri körpənin şahzadə olmayacağını və şəxsi mühafizə əldə etməyəcəyini bəyan edəndə şoka düşüb: “Onun şahzadə olmasını istəmirdilər və protokolu pozmaq niyyətində idilər”.
Bu zaman Meqan Markl kral ailəsindən məhz kimin belə söhbətlərin təşəbbüskarı olması barədə suala cavab verməkdən imtina edib və “ailəyə həddən artıq böyük zərər vurmaq” istəmədiyini deyib.
Şahzadə Harri və Meqan Marklın (Sasseks hersoqu və hersoqinyası) ilk uşağı 2019-cu il mayın 6-da anadan olub. Uşağı Arçi Harrison Mauntbatten-Vindzor adlandırıblar.
Müsahibəsi zamanı Meqan Markl onu da etiraf edib ki, sarayda yaşayarkən intihar etmək barədə düşünüb: "Mən utanırdım, Harriyə etiraf etməkdən utanırdım. Amma bilirdim ki, əgər ona deməsəm, bunu həqiqətən edəcəyəm. Bu, çox aydın, gerçək və qorxulu dərəcədə fasiləsiz düşüncə idi".
Müsahibə yayılmazdan əvvəl "The Times" qəzeti Meqan Markl haqqında bir neçə neqativ məqalə dərc edib. Məqalələrin birində Meqan Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd ibn Salman əl-Saudun bağışladığı sırğaları taxdığına görə tənqid edilib. Bunun 2018-ci ildə, jurnalist Camal Qaşıqçının qətlindən az sonra baş verdiyi bildirilib. Həmin qətlin vəliəhdin əmri ilə törədildiyi iddia olunur.
"Daily Mail" və digər Britaniya tabloidləri isə Böyük Britaniya kraliçasının 99 yaşlı əri şahzadə Filippin səhhətinin pisləşməsi səbəbindən müsahibənin yayımının ləğvinə çağırıblar. Onu fevralın 17-də infeksion xəstəliklər xəstəxanasına yatırıblar, daha sonra ürəyində əməliyyat olunub, o hələ də xəstəxanadadır.
Şahzadə Harri və Meqan Markl Böyük Britaniya kral ailəsinin üzvləri kimi öhdəliklərinin yerinə yetirilməsini 2020-ci il aprelin 1-dən dayandırıblar. ABŞ-a köçmək, işləmək və sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün “Sizin kral alihəzrətiniz” müraciətindən, dövlət tərəfindən maliyyələşmədən və "Sussex Royal" ticarət markasından imtina etməli olublar. Harri və Meqan "Neftlix" şirkəti ilə müqavilə imzalayandan sonra kral ailəsindən maliyyə müstəqilliyinə nail olublar.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Açıq mənbələrdən götürülüb
Daily Sabah