Rəsmi səhifə
Almaniya kansleri Angela Merkel Əfqanıstan ərazisindəki insanların təxliyəsini başa çatdırmaq üçün “Taliban” hərəkatı ilə danışıqların zəruriliyini söyləyib.
Onun sözlərini alman mətbuatına istinadən "İnterfaks" agentliyi yayıb.
""Taliban"a gəldikdə, biz, əlbəttə onlarla danışmalıyıq, çünki indi məhz onlarla iş görmək mümkündür", - Merkel mətbuat konfransında bildirib. Onun sözlərinə görə, Almaniya alman təşkilatları ilə əməkdaşlıq etmiş, indi təhlükə altında olan şəxsləri təxliyə etmək istəyir. Bundan əlavə, taliblərlə dialoq ölkəyə humanitar yardım göndərmək imkanı verəcək.
“Taliban” hərəkatının sözçüsü Zəbiulla Mücahid dünən Əfqanıstanın yeni hakimiyyətinin Almaniya ilə rəsmi səviyyədə ciddi münasibətlər qurmaq istədiyini bildirmişdi. Merkelin sözləri bu bəyanata cavab kimi qiymətləndirilir.
Daha əvvəl Avropa Birliyinin xarici işlər və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borrel “Taliban”la danışıqların mümkünlüyünü bildirmişdi.
Onun sözlərinə görə, əgər taliblər insan hüquqlarına hörmətlə yanaşarlarsa, AB Əfqanıstana humanitar yardımını dörd dəfə artıracaq.
kremin.ru
Getty Images
Putinlə Paşiyan görüşünün pərdə arxası – Rusiya nə istəyir?
Bakı gecələrində çörək pulu qazananlar - “Günə 8-10 manat da olsa, min şükür”
Vaginizmdən əziyyət çəkən qadın: “Elə bilirdim ağrıya dayana bilməyəcəm”
Azərbaycanda MİDA təcrübəsi: “Sanki adam döyüşdürürlər”
“Bu, onun sonuncu etirazı idi”