Foreign Brief
Sosial Demokrat Partiyası parlament seçkilərində qalib gəlib
DW-nin verdiyi məlumata görə, Almaniyada sentyabrın 26-da keçirilən parlament seçkilərində Almaniya Sosial Demokrat Partiyası (SPD) 25,7% səs toplayaraq qalib gəlib.
Bunu Federal Seçki Komissiyası tərəfindən yayılan rəsmi ilkin məlumatlar sübut edir.
“Almaniya Xristian-Demokratik İttifaqı/Xristian-Sosial İttifaqı” (XDİ/XSİ) bloku ikinci yerdə qərarlaşıb - 24,1 faiz. Bu, mühafizəkarların son 16 ildə ən pis göstəricisidir.
Onun ardınca “Yaşıllar” (14,8 faiz), Azad Demokratik Partiyası (AzDP, 11,5 faiz), Almaniya üçün Alternativ (AfD, 10.3 faiz) və “Solçular” (4,9 faiz) gəlir.
Angela Merkelin siyasətdən gedişi fonunda “Almaniya Xristian-Demokratik İttifaqı/Xristian-Sosial İttifaqı”ndan kanslerliyə namizəd olan Armin Laşet artıq bildirib ki, ittifaqın başçısı kimi hökumət qurmaq üçün danışıqlara başlamağa hazırdır. Onun əsas rəqibi SPD-dən olan Olaf Şols öz növbəsində deyib ki, məhz özü kansler olmağa hazırlaşır.
AFP
açıq mənbədən götürülüb
Putinlə Paşiyan görüşünün pərdə arxası – Rusiya nə istəyir?
Bakı gecələrində çörək pulu qazananlar - “Günə 8-10 manat da olsa, min şükür”
Vaginizmdən əziyyət çəkən qadın: “Elə bilirdim ağrıya dayana bilməyəcəm”
Azərbaycanda MİDA təcrübəsi: “Sanki adam döyüşdürürlər”
“Bu, onun sonuncu etirazı idi”