Dünya
Mnatsakanyan ailəsini Ermənistandan çıxarmaq üçün BMT-yə müraciət edib
23 Noyabr, 2020
Baxış: 136

Ermənistanın keçmiş xarici işlər naziri Zöhrab Mnatsakanyan ailəsini ölkədən çıxarmağa hazırlaşır. Bu barədə noyabrın 23-də "Novosti-Armeniya” nəşri məlumat yayıb.

Z.Mnatsakanyan BMT-nin baş katibi Antonio Quterrişə noyabrın 20-də işlə bağlı müraciət edib. Məlumata görə, o, təhlükəsizlik məsələləri ilə əlaqədar olaraq, ailəsinin Ermənistandan çıxarmaq qərarına gəlib.

Z.Mnatsakanyan 2014-2018-ci illərdə Ermənistanın BMT-də daimi nümayəndəsi olub. O, 2018-ci il mayın 12-dən 2020-ci il noyabrın 16-dək Ermənistanın xarici işlər naziri vəzifəsində çalışıb
Dünya

Putin Rusiyadakı etiraz aksiyalarına münasibət bildirdi

25 Yanvar 2021

Qazeta.ru

“Rusiyada hər kəs öz fikrini bildirmək hüququna malikdir, lakin qanuni metodlarla...” Rusiya Prezidenti Vladimir Putin yanvarın 23-də “Tatyanin den” münasibətilə keçirilən videokonfransda icazəsiz aksiyaları şərh edərkən belə deyib. “Mən artıq dəfələrlə belə mövzular barədə danışmışam. Qeyd etmək istəyirəm ki, bütün insanlar qanun çərçivəsində öz fikirlərini bildirmək hüququna malikdirlər. Qanundan kənara çıxan hər şey sadəcə əks təsirli deyil, həm də təhlükəlidir. Rusiya öz tarixində dəfələrlə vəziyyətin qanun çərçivəsindən çıxması və bunun cəmiyyəti, dövləti sarsıtmağa gətirib çıxardığı halla qarşılaşıb, bundan təkcə dövləti və cəmiyyəti sarsıdanlar deyil, həm də buna heç bir aidiyyəti olmayan insanlar əziyyət çəkib”, - deyə Rusiya dövlət başçısı vurğulayıb....
Dünya

Cavad Zərif: "Azərbaycanın torpaqlarını geri qaytarmasına görə şadıq"

25 Yanvar 2021

Sosial media

İranın xarici işlər naziri Cavad Zərif dünən gecə Bakıya səfərə çıxmazdan əvvəl Tehran hava limanında jurnalistlərin suallarını cavablandırıb. TRT-nin yanvarın 25-də verdiyi xəbərə görə, nazir Azərbaycan Respublikasına səfəri çərçivəsində regional əməkdaşlıq məsələlərinin müzakirə ediləcəyini deyib. “Qardaş ölkə Azərbaycanın torpaqlarını geri qaytarmasına görə şadıq. Bu gün Azərbaycan torpaqları Azərbaycan xalqının əlindədir. Xalqın azad edilən bölgələrdə tezliklə evlərinə qayıtmaları üçün yardım etmək istəyirik”, - deyə Cavad Zərif bildirib. Nazir deyib ki, Bakıya səfər çərçivəsində azərbaycanlı tərəfdaşlarla Qarabağda sabitlik, sülh və bölgənin yenidən qurulması ətrafında diskusiyalar aparılacaq. Danışıqlarda tranzit yükdaşımaları və Cənub-Şimal nəqliyyat dəhlizi ilə bağlı məsələlər də gündəmdə olacaq.  
Seçilmiş Videolar