foreignpolicy.com/
Moldova Parlamenti Rusiya informasiya proqramlarının yayımını qadağan edən qanun qəbul edib.
"Meduza.io" xəbər verir ki, “İnformasiya təhlükəsizliyi haqqında” qanunun faktiki olaraq Rusiyada hazırlanan xəbərlərin, siyasi və hərbi mövzuda proqramların ölkədə yayımını qadağan edir.
Qanun layihəsi Avropa Birliyinin, ABŞ və Kanadanın, eləcə də televiziya haqqında Avropa Konvensiyasını ratifikasiya edən ölkələrin analoji proqramlarının yayımına icazə verir. Rusiya bu Konvensiyanı 2006-cı ildə imzalayıb, amma ratifikasiya etməyib.
Rusiya filmləri və “militarist məzmun daşımayan” əyləncə proqramları əvvəllər Moldova televiziyalarında göstərilə bilərdi.
"İnterfaks" bildirir ki, belə bir qadağa Moldovada qanunverici orqan səviyyəsində 2017-ci ildə artıq qəbul olunub, amma 2020-ci ildə ləğv edilib. Rusiyanın Ukraynaya təcavüzündən sonra fövqəladə vəziyyət çərçivəsində yenidən qəbul olunur.
Xatırlatma
Rusiya 2022-ci il, fevralın 24-də Ukraynada "xüsusi hərbi əməliyyat adlandırdığı" genişmiqyaslı müharibəyə başlayıb.
Hərbi əməliyyatlarla əlaqədar Prezident Vladimir Putin bəyan edib ki, Moskvanın məqsədi Donbass regionunda “səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalmış insanları qorumaqdır”.
Hərbi əməliyyatların başlamasından 2 gün əvvəl, fevralın 22-də isə Kreml Ukraynanın şərqindəki separatçı qurumları - "Donbas Xalq Respublikası"nı və Luqansk Xalq Respublikasını" rəsmən tanıyıb.
Ukraynada müharibə başlayandan sonra ABŞ, Avropa Birliyi, Böyük Britaniya, Kanada, Yaponiya, Avstraliya və digər Qərb ölkələri Rusiyaya qarşı sərt sanksiyalar tətbiq etməyə başlayıblar. Sanksiyalar paketinə Rusiya neftinə embarqo qoyulması, Rusiya iqtisadiyyatını təcrid edilməsi, oliqarxlara və siyasətçilərə məhdudiyyətlərin tətbiqi daxildir. Rusiya Prezidenti də sanksiya tətbiq edilən şəxslər siyahısına salınıb.
Aprelin 7-də BMT Baş Assambleyası Rusiyanın təşkilatın İnsan Hüquqları Şurasından çıxarılması ilə bağlı qətnamə qəbul edib.
Rusiya ordusunun Buça və digər Ukrayna şəhərlərində kütləvi qətliamlar və müharibə cinayətləri törətdiyi iddia olunur. BMT-nin açıqlamasına görə, müharibə başlayandan bəri 10 milyondan çox ukraynalı ölkəni tərk edib. Müharibənin Ukrayna iqtisadiyyarına milyardlarla dollar ziyan vurduğu bildirilir.
Rəsmi səhifə
Məmur müxbirimizə rüşvət təklif etdi, sonra telefonunu götürüb qaçdı
Paşinyandan Azərbaycanla bağlı açıqlamalar: Bu, bizim üçün qırmızı xətdir
Mağazasında nisyə dəftərləri yandırılan sahibkar Toplum TV-yə danışdı
Məmurlar niyə az cəza çəkir?
Dolanmaq üçün böyrəyini satdığını deyən veteran xanım evsiz qalıb