Dünya

Moldovanın keçmiş prezidenti ev dustaqlığına buraxılıb

27 May, 2022
427

Inquan photos

Kişinyov məhkəməsi Moldovanın keçmiş prezidenti İqor Dodonu 30 sutkalıq ev dustaqlığına göndərib.

Bu barədə “Mediazona” məlumat yayıb.

Prokuror qərardan apellyasiya şikayəti verəcəyini və eks-prezidentin həbsə qaytarılmasını tələb edəcəyini bildirib.

Onun sözlərinə görə, ev dustaqlığında olan Dodon sübutları məhv edə və istintaqa təsir göstərə bilər.

Dodon mayın 24-də saxlanılıb. O, passiv korrupsiyada, cinayətkar qruplaşmadan maliyyə vəsaiti əldə etməkdə, qanunsuz varlanmada və dövlətə xəyanətdə ittiham olunur.

Dodon hesab edir ki, onun həbsi ilə bağlı iş “seçkilərdən dərhal sonra” onu həbsə atmağı tələb edən “Prezident Maia Sandunun əmri ilə başlanıb”.

Eks-prezident onu da deyib ki, baş verənlərə “müxalifəti zərərsizləşdirmək üçün ABŞ-ın Moldovadakı səfirliyi rəhbərlik edir”.

İstintaq hesab edir ki, İqor Dodon 2019-cu ildə moldovalı oliqarx Vladimir Plahotnyukdan rüşvət alıb.

Plahotnyuk Moldova siyasətinin "boz kardinalı" hesab olunurdu. Onun rəhbərlik etdiyi Demokratik Partiya aparıcı siyasi qüvvələrdən biri idi. Bir neçə il əvvəl ona qarşı cinayət işi açıldıqdan sonra ölkəni tərk etmək məcburiyyətində qalıb.

Plahotnyuk Rusiyada cinayət xarakterli fəaliyyətlərdə iştirak edirb. Moskva onu beynəlxalq axtarışa verib.

Dodon Rusiyayönlü siyasətçi hesab olunur, prezident kimi o, dəfələrlə Moskvaya səfər edib və Qırmızı Meydandakı Qələbə Paradında da iştirak edib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Dünya

Avropa Parlamenti Saakaşvilinin məsələsinə baxır

Toplum TV
2 Fevral 2023

Açıq mənbələrdən götürülüb

Hazırda həbsdə olan Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin məsələsi Avropa Parlamentinin bu gün, fevralın 2-də keçiriləcək iclasının gündəliyinə daxil edilib. Toplum TV xəbər verir ki, bu barədə Avropa Parlamentinin rəsmi saytında məlumat verilib.  İclas zamanı parlamentin üzvü Kati Piri bildirib ki Saakaşvilinin başına gələcək istənilən hadisəyə görə məsuliyyəti birbaşa Gürcüstan hökuməti daşıyır. “Biz Saakaşvilinin dərhal azad edilməsini və müalicə üçün Avropaya göndərilməsini tələb edirik. Gedişat belə davam edərsə, bizim blok Gürcüstanın Aİ-yə üzvlük prosesini dondura bilər”, - deyə deputat bildirib.   https://toplum.tv/dunya/plavrov-guumlrcuumlstani-quotqerbe-muumlqavimet-goumlsterdiyine-goumlrequot-terifleyibnbspp Dünən, fevralın 1-də sabiq prezidentin məhkəmə iclasında video kadrları göstərilib. Kadrlarda onun hədsiz arıqladığı və tükənmiş olduğu görünüb. Saakaşvilinin...
Dünya

Lavrov Gürcüstanı "Qərbə müqavimət göstərdiyinə görə" tərifləyib 

Toplum TV
2 Fevral 2023

Reuters

Qərb Gürcüstana da yeni “anti-Rusiya” kimi baxırdı, ölkəni Saakaşvilinin aqressiv dövrünə qaytarmaq istəyirdilər, amma bu alınmadı. Toplum TV xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Rossiya 24” telekanalına müsahibəsində deyib.   Onun sözlərinə görə, Tbilisi xaricdən gələn təzyiqlərə baxmayaraq, milli maraqları əsas tutur.  https://toplum.tv/siyaset/pboris-conson-putin-meni-raket-zerbesi-ile-hedeleyibp "Ölkənin baş naziri görünməmiş təzyiqlərə cavab olaraq Gürcüstanın yalnız milli maraqları rəhbər tutacağını bildirir. Qərb ölkələrin neytrallığına hörmət etmir, anti-Rusiya sanksiyalarına hələ də qoşulmayanlara demək olar ki, hər gün təzyiq göstərir", - Lavrov deyib.  O həmçinin qeyd edib ki, Qərb indi də Moldovanı “növbəti Ukrayna” rolunda görür. "Moldovanın Prezidenti Mariya Sandu isə demək...

Seçilmiş Videolar

Toplum TV loqo