Dünya

Mövlud Çavuşoğlu Ermənistana çağırış etdi

23 Fevral, 2021
76

AA

"Ermənistanın sülh yolunu seçəcəyinə ümid edirik. Türkiyə Ermənistanın istənilən müsbət addımına Azərbaycanla koordinasiyalı şəkildə cavab verəcək", - deyə XİN başçısı vurğulayıb.

Bunu fevralın 23-də Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu türkmənistanlı həmkarı Rəşid Meredovla Ankarada keçirilən birgə mətbuat konfransında deyib.

Nazir bildirib ki, bölgənin tərəqqisi üçün fürsət yaranıb və Ermənistan bu fürsətdən istifadə etməlidir: "Bizim çağırışlarımız həmişə bu istiqamətdədir. Ermənistan da bu istiqamətdə hərəkət edərsə, bölgənin sabitliyi və iqtisadi inkişafından ən çox onlar faydalanacaq".

Mövlud Çavuşoğlu bölgədə "3+3" platformasında iştirak etməsi üçün Gürcüstanı da razı salmağa çalışdıqlarını vurğulayıb.

"Ümid edirik ki, Gürcüstan "3+3" platformasında iştirak edəcək. Bundan hər kəs qazanacaq".

Dünya

İran Azərbaycan vətəndaşlarını hansı şərtlə ölkəyə buraxacağını açıqladı

4 Mart 2021

BBC

Pandemiya şəraitində Azərbaycandan İrana səfər qaydaları açıqlanıbİran İslam Respublikasının Koronavirusla Mübarizə üzrə Qərargahı tərəfindən qəbul edilmiş qaydalara əsasən, yeni növ COVID-19 virusunun yayılmasının qarşısının alınması məqsədilə ölkəyə səfər etmək istəyən bütün xarici vətəndaşlar, o cümlədən Azərbaycan Respublikası vətəndaşları səfərdən öncə giriş icazələri almalıdılar.  İran İslam Respublikasının Bakıdakı Səfirliyindən martın 3-də verilən məlumata görə, bununla əlaqədar İrana səfər etmək istəyən Azərbaycan Respublikası vətəndaşları əvvəlcə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahdan çıxış icazəsi əldə etməlidilər.  Daha sonra İranın Bakıdakı Səfirliyinin Konsulluq Şöbəsinə müraciət etməklə qeydiyyatdan keçərək İrana getmək üçün giriş icazəsi almalıdılar.  İran İslam Respublikasnın Bakıdakı Səfirliyinin Konsulluq Şöbəsinin ünvanı:  "Bakı...
Dünya

Ermənistanda müxalifət liderinə qarşı cinayət işi açıldı

4 Mart 2021

Panorama.am

Ermənistanın İstintaq Komitəsi "Vətənin Qurtuluşu Hərəkatı"nın lideri Vazgen Manukyana qarşı cinayət işi açıb.  TASS-ın martın 3-də verdiyi xəbərə görə, Manukyana Cinayət Məcəlləsinin 301-ci maddəsinə əsasən (hakimiyyətin zorla ələ keçirilməsinə çağırış) ittiham irəli sürülüb. Bildirilib ki, baş nazir Nikol Paşinyanın yerinə birləşmiş müxalifətin vahid namizədi olan Manukyan bu il fevralın 12-də və 20-də Azadlıq Meydanında keçirilən mitinqlərdə açıq şəkildə konstitusiya quruluşunun zorla dəyişdirilməsinə çağırış edib.  Qeyd olunub ki, müxalif liderinə üç ilə qədər həbs cəzası verilə bilər. Nikol Paşinyan isə həmin gün verdiyi açıqlamada bildirib ki, müxalifət nümayəndələri ilə görüşməyə hazırdır. Baş nazir müxalifətlə ələ olunacaq razılığın ictimai həmrəyliyin bərpa olunması...
Seçilmiş Videolar