NASA
Amerikanın NASA aerokosmik agentliyi Mars şəraitində bir il yaşamağa razılaşacaq könüllülər axtarır.
"Business Insider" nəşrinin məlumatına görə, bu missiya Mars planetindəki həyatı imitasiya edəcək.
Proqram çərçivəsində Hyustondakı Conson kosmik mərkəzininin daxilində qeyri-adi missiya üçün dörd nəfərlik xüsusi "Mars Dune Alpha" modulu tikiləcək. 3D-çap üsulu ilə yaradılacaq modul 158 kvadrat metr ərazini əhatə edəcək. Könüllülər burada yaşayacaq, işləyəcək, açıq kosmosa çıxış hallarını imitasiya edəcək və başqa tapşırıqları yerinə yetirəcəklər.
Bildirilir ki, namizədlərin yaşı 30-35 arasında və fiziki sağlamlıqları yaxşı olmalıdır. Onların ailələri, dostları və yaxınları ilə əlaqələri məhdud səviyyədə olacaq, onlar qıt resurslarla kifayətlənməyə və avadanlıqların sıradan çıxmasına öyrəncəli olacaqlar.
NASA üç eksperimenti həyata keçirməyi planlaşdırır, onlardan birincisi artıq payızda başlamalıdır.
Agentliyin nümayəndələri bildiriblər ki, imitasiya proqramı astronavtların Marsda üzləşə biləcəkləri fiziki və psixoloji problemləri başa düşməyə və onları həll etməyə kömək edəcək.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Forbes
Açıq mənbələrdən götürülüb