Dünya

NATO Baş katibi: Ukrayna qalib gələ bilər

16 May, 2022
111

Global Look Press

NATO-nun onlayn-görüşü zamanı Baş katib Yens Stoltenberq Ukraynanın Rusiyaya qarşı müharibədə qalib gələ biləcəyini söyləyib.

Bu barədə AFR məlumat yayıb.

“Ukrayna bu müharibədə qalib gələ bilər. Ukraynalılar öz vətənlərini fədakarlıqla qoruyurlar”, - Baş katib deyib. O, alyansın üzvlərinə müraciət edərək Ukraynaya dəstəyi əvvəlki səviyyədə saxlamağa və daha da artıqmağa çağırıb.

“Rusiyanın Ukraynaya qarşı müharibəsi Moskvanın planlaşdırdığı kimi getmir. Onlar Kiyevi tuta bilmədilər. Xarkovdan geri çəkilirlər. Donbasdakı böyük hücum isə dayandırılıb”, - Stoltenberq söyləyib

Baş katib NATO-ya üzv olmağa can atan Finlandiya və İsveçə alyansın təhlükəsizlik təminatı verə biləcəyini əlavə edib: “Biz Baltik regionunda NATO-nun mövcudluğunu gücləndirməklə Finlandiya və İsveçin təhlükəsizliyini necə təmin edə biləcəyimizi nəzərdən keçirəcəyik”.

Dünya

Putin Ukrayna müharibəsindən bəri ilk dəfə ölkəni tərk edib

29 İyun 2022

Sosial media

Rusiya Prezidenti Vladimir Putin Tacikistanda işgüzar səfərdədir.  O, Tacikistanın dövlət başçısı Emoməli Rəhmonla danışıqlar aparacaq. Bu barədə “RİA Novosti” məlumat verib.  Bildirilir ki, daha sonra Vladimir Putin “Xəzər beşliyi”nin sammitində iştirak etmək üçün Tacikistandan Türkmənistanın paytaxtı Aşqabada yollanacaq. Daha əvvəl Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov jurnalistlərə bildirmişdi ki, Putin və Rəhmon ikitərəfli əməkdaşlığın aktual məsələlərini, o cümlədən ticari-iqtisadi, hərbi, hərbi-texniki, mədəni-humanitar, miqrasiya sahələrini müzakirə edəcəklər.
Dünya

Boris Conson: "Putin qadın olsaydı, müharibəyə başlamazdı"

29 İyun 2022

BBC

Böyük Britaniyanın Baş naziri Boris Conson çərşənbə axşamı bildirib ki, əgər Putin qadın olsaydı, Ukraynaya hərbi müdaxilə etməzdi.  “Əgər Putin qadın olsaydı, - göründüyü kimi, elə deyil, - amma əgər olsaydı, mən, həqiqətən də, düşünmürəm ki, bu ağılsız maço müharibəsini başlayardı, xüsusən də baş verən təcavüz və zorakılıq şəklində”, - G7-nin Elmau qəsrindəki sammitindən sonra Almaniyanın ZDF kanalına müsahibə verən Baş nazir belə deyib.  “Əgər sizə toksik maskulinliyin ideal nümunəsi lazımdırsa, bu, onun Ukraynada etdikləridir”, - Boris Conson söyləyib. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peslov Boris Consonun fikirlərinə reaksiya verib.  “Qoca Freyd yaşasaydı, belə bir tədqiqat obyektini yalnız arzulaya bilərdi”,...

Seçilmiş Videolar

Toplum TV loqo