NATO-nun Baş katibi Türkiyənin İsveç və Finlandiya barədə tələblərini dəstəkləyir
AP
NATO-nun Baş katibi Yens Stoltenberq bu il iyunun sonunda Madriddə keçiriləcək NATO sammitinə qədər Finlandiya və İsveçin alyansa qoşulması üçün təşkilata üzv dövlətlərin razılığa gəlinəcəyinə ümid edir.
Məlumatı "DAİLY SABAH" yayıb.
Stoltenberq bildirib ki, müttəfiq məsələ qaldıranda onu həll etmək lazımdır, həmişə belə olub.
Baş katib qeyd edib ki, heç bir ölkə Türkiyə qədər terror hücumlarına məruz qalmayıb: “Siz kürdlərdən danışırsınız, amma etiraf etməlisiniz ki, bir neçə kürd qruplaşması var və PKK Avropa İttifaqı, yəni İsveç və Finlandiyanın terror təşkilatları siyahısındadır”.
Finlandiya və İsveç Madriddə keçiriləcək NATO sammitində qonaq qismində iştirak edə biləcəklər. Lakin iyunun 28-dək Türkiyənin tələblərinə cavab verməsələr, Alyansa üzv olmaq üçün namizəd ölkələr kimi orada öz planlarını gerçəkləşdimələri çətin olacaq.
İsveç və Finlandiya mayın 18-də, bu gün NATO-ya üzv olmaq üçün birgə müraciət ediblər.
Türkiyə İsveç və Finlandiyanın NATO-ya üzv olması üçün şərtlər irəli sürüb.
Türkiyə İsveç və Finlandiyadan PKK-nı və onun törəmələrini terror təşkilatı kimi tanımağı tələb edir.
Məlumatda qeyd olunub ki, Türkiyə F-16 qırıcılarının yeni partiyasını almağı və artıq xidmətdə olan belə təyyarələri modernləşdirməyi gözləyir.
Bundan əlavə, Türkiyə hakimiyyəti ölkənin 2019-cu ildə Rusiyadan S-400 sistemlərini aldıqdan sonra çıxarıldığı F-35 qırıcılarının təchizatı proqramına yenidən daxil ediləcəyini gözləyir. Türkiyə də bu razılaşmaya görə tətbiq edilən digər məhdudiyyətlərin üzərindən götürüləcəyinə də ümidvardır.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan daha əvvəl bildirmişdi ki, o, İsveç və Finlandiyanın NATO-ya daxil olmaq planlarına müsbət yanaşmır.
Açıq mənbələrdən götürülüb
Kulyokda sümüklərini verdilər, basdırdıq – Ölümünü saxtalaşdıran adamın kəndindən reportaj
Məmur müxbirimizə rüşvət təklif etdi, sonra telefonunu götürüb qaçdı
Paşinyandan Azərbaycanla bağlı açıqlamalar: Bu, bizim üçün qırmızı xətdir
Mağazasında nisyə dəftərləri yandırılan sahibkar Toplum TV-yə danışdı
Məmurlar niyə az cəza çəkir?